adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Mart 2018 17:20
22458
MARAQLI
A- A+

Tanrı varmı? - İnanmaq üçün səbəblər

Kiminsə çıxıb Tanrının varlığını bəsit şəkildə isbat edən bir dəlil göstərməyi hamının xoşuna gələr, elə deyil? "Sadəcə, inanmağa və güvənməyə məcbursan” ifadələri yerinə əsl bir sübut... Yazının bu hissəsində sübutları sizə təqdim edəcəyik.

Ancaq ilk olaraq bunu nəzərə almağınız gərəkdir. Əgər bir adam Tanrının varlığını qəbul etmirsə, bütün dəlilləri ona qəbul etdirə bilməzsiniz. Əgər bir adam insanların Ayda gəzdiyinə inanmırsa, ona nə qədər də sübut , dəlil gətirsən, xeyri yoxdur. Astronaftların Ayda gəzişini sübut edən videolar, fotolar, Aydan gətirilən daş parçaları, bütün hamısı dəyərsizdir, çünki bu adam beyninə insanların Aya gedə bilməyəcəklərini yeridib.

Mövzu Tanrının varlığına gələndə, səmavi kitabları sübut kimi qəbul edən insanlar da var. (Romalılar 1:19-21) Digər tərəfdən, Tanrının varlığına inanmaq istəyən adamlar üçün belə deyilir: (Yeremya kitabı 29:13-14) "Məni axtaracaqsınız, ürəkdən axtaranda tapacaqsınız. Özüm sizə görünəcəyəm”. "Tanrının varılığını dəstəkləyən səbəblərə baxmadan əvvəl özünüzə bu sualı verin: Əgər Tanrı varsa, mən bunu bilmək istəyirəmmi?


Tanrının varlığını dəstəkləyən səbəblər


1. Dünya tarixi boyunca müxtəlif mədəniyyətlərə məxsus insanlar bir Tanrının varlığını qəbul ediblər.

Bir adam  bütün tarix boyu gəlmiş-getmiş bütün insanların, bütün millətlərin səhv, özünün haqlı olduğunu necə deyə bilər? Milyardlarla insan, yəni dilləri, mədəniyyətləri, bir-biri ilə əlaqəsi olmayan insanlar bir ağızdan Yaradanın, Tanrının var olduğunu deyiblər. Antropoloji araşdırmalar bugünümüzdə bizdən uzaq, hətta dünyadan təcrid olmuş qəbilələrin belə bir Tanrı inancına sahib olduğunu göstərir.

2. Planetimizin qarmaqarışıqlığı kainatı təmkinli birinin yaratdığına işarə edir və hələ də ona bağlı olduğunu təsdiqləyir.

Tanrının dizaynına işarə edən xeyli nümunə, hətta sonsuz sayda nümunələr var, ancaq biz sadəcə bir neçəsini sizə təqdim edəcəyik.

Dünya

... ölçüsü mükəmməldir. Dünyanın ölçüsü və cazibə qüvvəsi, oksigen və azot qazlarından təşkil olunan incə bir təbəqəni yerdən 80 km yuxarıya qədər saxlayır. Əgər dünya daha kiçik olsaydı, məsələn, Merkuri kimi, onun Yer kimi atmosfera sahib olmağı mümkünsüz olacaqdı. Əgər dünya daha böyük olsaydı, məsələn, Yupiter kimi, atmosferin tərkibinin çox hissəsini hidrogen təşkil edəcəkdi. Yer heyvanları, bitkiləri və insanları yaşada bilən, doğru bir tərkibdən ibarət atmosferə sahib olan planetdir.

Dünya Günəşə ən doğru məsafədə yerləşir. Əgər dünya Günəşdən daha çox uzaqda olsaydı biz tamamən donardıq. Daha yaxın olsaydı, hamımız külə dönərdik. Yer Günə. ətrafında 107 min km/saat sürətlə dönəndə belə bu məsafəni qoruyub saxlayır. Buna səbəb eyni vaxtda öz oxu ətrafında dönməyidir. Beləcə öz isinməyini və soyumağını təmin edir.

Ayın ölçüsü və Yerdən uzaqlığı, Yerin cazibə qüvvəsinə baxanda çox mükəmməldir. Ayın hesabına okeanlardakı sular nə durğunlaşır, nə də suyun qitələri basmağına şərait yaratmır.

Su...

Rəngsiz, dadsız və qoxusuz... ancaq heç bir canlı onsuz yaşaya bilməz. İnsan bədənin üçdə ikisi, bitkilərin və heyvanların isə çox hissəsi sudan ibarətdir. Bəs, suyun insan üçün həyat mənbəyi olması nə ilə əlaqədardır?

Suyun donma və qaynama nöqtəsi var. Su bədənimizdəki istiliyin sabit qalmağına səbəb olur. Su eyni zamanda kimyəvi olaraq da təsirsizdir.

Su unikal bir səth gərginliyinə malikdir. Bitkilərin, ağacların tərkibindəki su Yerin cazibə qüvvəsinə əks gələrək ən hündür bitkilərin, ağacların ən yüksək nöqtəsinə paylana bilir. Su yuxarıdan aşağıya doğru donmağa başlayır. Beləcə, su hövzələrindəki balıqlar yaşamağa davam edir.

Yerin su hissəsinin 97 faizi okeanlardır. Ancaq dünya elə bir sistemdə yaradılıb ki, bu su buxarlanır və yenidən Yerin hər yerinə səpələnir. Buxarlaşma okeanın  sularındakı duzu təmizləyir və bitkilərə həyat verən yağışı bizə bəxş edən buludlar əmələ gətirir.

İnsan beyni . . .

Eyni vaxtda saysız-hesabsız məlumatı saxlaya bilir. Beynimiz ətrafımızda ördüyümüz şəkilləri, rəngləri, qoxuları, ağzımızın nəmini, duyğularımızı, düşüncələrimi, hər şeyi eyni vaxtda özündə saxlayır. Eyni zamanda bədənimizin fəaliyyətini tənzimləyir. Nəfəs almağımız, gözümüzü açıb yummağımızı, gəzməyimizi və s.

Bu qədər xüsusiyyətə malik olan insane beyninin təsadüf nəticəsində yarandığını necə iddia etmək olar?

ardı var...

Kampusweb.com saytından Azərbaycan dilinə çevirdi: Emin Akif