adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Mart 2018 15:43
5914
MƏMLƏKƏT
A- A+

Nazirliyə bir ayda 750 min müraciət edilib

Bu ilin fevralında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 750, 6 min dəfə müraciət olunub. Ümumilikdə ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması aktual fəaliyyət sahələrini əhatə edən elektron xidmətlərə cəmiyyətdə olan böyük sosial tələbi və ictimai marağı təsdiq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, son illər aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və optimallığının artırılmasına səbəb olub. Həmin sahələrdə avtomatlaşdırılmış sistemlər üzərində əhaliyə təqdim olunan 30-a yaxın elektron xidmət ölkədə "Elektron Hökumət”in əhatə dairəsi və funksionallığının artırılması müqabilində dövlət xidmətlərinin müasir əsaslar və şəffaflıq prinsipləri üzərində qurulmasına şərait yaradıb. Geniş əhali kontingenti ilə sıx təmas şəraitinin mövcud olduğu xidmət sahələrinin tam elektronlaşdırılması həmin sahələrin məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə şəffaflaşdırılmasına, əhalinin müvafiq dövlət xidmətlərindən "bir pəncərə” üzrə və müasir tərzdə, online rejimdə çevik istifadə imkanlarına yiyələnməsinə, nəticə etibarilə həmin xidmətlərdən vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verib.

Təqdim olunan xidmətlərdən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə son bir ayda 254,3 min müraciət qeydə alınıb. Həmçinin "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətinə maraq getdikcə artır. Fevralda həmin elektron xidmətdən 59,7 min dəfə istifadə olunması da bunu təsdiq edir.

Ötən ay "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidmətinə 43,9 min , "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətinə 35,9 min, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətinə 31,3 min, "Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətinə 30,6 min, "Pensiya kalkulyatoru” elektron xidmətinə 25,4 min müraciət qeydə alınıb.