adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2018 13:06
21104
ƏDƏBİYYAT
A- A+

HƏR ŞEY ZAMAN İÇİNDƏ

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. Adalet.az həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burada


Elm Leyla kimidir, Məcnunu olan bilər

VII

Məcid Rəsulov Şəkidən qayıdanda artıq 1945-ci ilin dekabr ayı girmişdi.

Onu dərhal aspiranturaya bərpa etdilər. O həm də ADU-da "Riyazi analiz” kafedrasında baş müəllim vəzifəsində çalışmağa başladı. O, "Fizika-riyaziyyat” fakultəsinin birinci və ikinci kurslarında həm mühazirə oxuyur, həm də məşğələlər aparırdı. Bundan əlavə o, "Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” üzrə tələbə seminarına rəhbərlik edirdi.

BDU-nun rektoru, əməkdar elm xadimi, A.İ.Qarayev tərəfindən Məcid Rəsulova verilmiş xasiyyətnamədə yazılırdı: "O, tapşırılan işin öhdəsindən məharətlə gəlir.”

Məcid Rəsulovun nəzərində tələbə qeyri-adi varlıq idi. O, işığıa can atan pərvanə təsiri bağışlayırdı. Elm adlı işığın başına elə hey dolanmaqdan azacıq da olsa yorulmurdu ki, yorulmurdu. Bəzən o, tələbələrin ona necə heyranlıqla baxdığını görəndə, az qalırdı ki, özünü itirsin.

İlahi, insanın baxışı necə də nurlu olurmuş! Ən təmiz ürəyin sevgi şəfəqləri ilə necə şölə verdiyiniinsanın sifəti necə də əks edərmiş! Bir dəfə tələbələrindən biri ona hamının qarşısında bol-bol təşəkkür etdi. Hamının adından çox şeylər oyrətdiyi, bildiyini əsirgəmədiyi üçün ona sonsuzadək minnətdar olduqlarını bildirdi. Bu təşəkkür və minnətdarlıq Məcid Rəsulovun ürəyini yerindən oynatdı:

-Uşaqlar, siz elə bilirsiniz ki, təkcə mən öyrədirəm? Axı, öyrətdikcə öyrənirəm. Çünki sizlərə baxanda "Təmiz və günahsız insanlar, ilahi və müqəddəs baxışlar necə olur?” sualının cavabını tapıram. Bəbəklərdə döyünən ürəkləri, üzlərdə sayrışan istəyin və arzunun, xəyalın və romantikanın, hisslərin və duyğuların rənglərini görürəm. Allahın nəyə qadir olduğunu təsəvvür edirəm. Axırda o qənaətə gəlirəm ki, elm işıqdır. Tələbələr də, alimlər də o işığa doğru gedənlərdir. Onlar sonu olmayan yolların yolçularıdır. Ona görə ki, hər bir yolun sonu, yeni bir yolun başlanğıcıdır. İndi dərs qurtarır. İndicə zəng vurulacaqdır. Mən isə deyirəm:

- İşığa doğru!

***

Məcid Rəsulovun BDU-dakı dərsləri 1946-cı il mayın sonuna qədər davam etdi. Belə ki, Y.B. Lopatinski 1946-cı ilin yayında Ukraynanın Lvov şəhərinə köçməli oldu. Məcid Rəsulovun elmi işinin yarımçıq qalacağından ehtiyat edən Y.B. Lopatinski onu Lvova çağırmağı özünə borc bildi. Çünki Y.B. Lopatinski –M. L. Rəsulov dostluğu ağlın və düşüncənin dostluğu şəraitində riyazi təfəkkürün inkişafına təkan verirdi. Digər bir tərəfdən də elmin olduğu yerə dəvətdən alim necə boyun qaçıra bilərdi? Beləkilə, Məcid Rəsulov elmi rəhbəri Y.B. Lopatinskinin təklifi və təkidi ilə 1946-cı ilin payızından aspirantura təhsilini

Lvov Universiteti.

Məcid Rəsulov namizədlik işini burada işləmiş və dərs demişdir.

Ukrayna Elmlər Akademiyasının Lvov filialında davam etdirməli və İ.Franko adına Universitetində dərs deməli oldu. O dövrdə Ukrayna SSRİ-yə aid edilən

Lvov qədim polyak şəhərlərinin klassik nümunəsi idi. Lvov mühiti Məcid Rəsulovun alim, müəllim və şəxsiyyət kimi formalaşmasında əsaslı rol oynadı. 1661-ci Ildə əsası qoyulan və ilk vaxtlar Yan Kazimirin adını daşıyan LvovUniversiteti beynəlxalq nüfuzu ilə seçilən universitetlərdən biri olub Sovet dönəmindən etibarən İvan Franko adına Universitet kimi məşhurlaşmışdı. Deyilənlərə görə, onun əsas binasında vaxtı ilə Qaliçiya Seymi yerləşibmiş.

Məhz bu oturuşmuş Universitetdə Y.B. Lopatinski doktorluq dissertasiyasını çox böyük müvəffəqiyyətlə müdafiə edib, 1947- ci ildən fizika –riyaziyyat elmləri doktoru olmuşdu.

Elmi rəhbərin doktorluq, aspirantın namizədlik işi üzərində çalışdı