adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Mart 2018 11:54
12989
DÜNYA
A- A+

Siçanlar batan gəmini tərk edir

Amerikanin məhşur enerji korparasiyalarından biri, Exxon Mobil "Rostneft”lə yeni yataqların axtarışı layihəsindəki əməkdaşlıqdan çıxdığını bəyan edib. 

ABŞ-ın Quymətli Kağızlarla iş üzrə Komisiyasına göndərilən illik hesabatda bildirilir ki, Exxon Mobil bu addımı Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tədbiq etdiyi saksiyaların təzyiqi altda düşməməsi üçün atıb. Bundan başqa Exxon Mobil " Saxalin 1” neftqaz layihəsinin çox gəlir gətirə biləcəyi operatorluğundan da imtina edib. Bildirilir ki, Exxon Mobil korparasiyası 2017-ci ilin yayında 2Rostneft”in başçısı İqor Seçinlə bağladığı 8 müqaviləyə görə ABŞ-ın Xarici aktivlərə nəzarət departamenti tərəfindən cərimə olunmuşdu. The New York Times –in məlumatına görə, Exxon Mobil korparasiyası "Rostheft”lə əməkdaşlıqdan imtina etdiyinə görə 200 milyon dollar ziyana düşəcək.


 Mehriban CƏFƏROVA