adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2018 10:27
20394
DÜNYA
A- A+

Afrinlə bağlı yeni xəbər - 3 kənd azad edildi

Türkiyə Silahlı Qüvvələri Afrinin qərb cəbhəsində yerləşən Raco bölgəsindəki Heydər, Şeyx Məhəmməd və Canka kəndlərini YPG-dən azad edib.

Adalet.az xəbər verir ki, bu barədə "Milliyyət” qəzeti məlumat yayıb.

Bundan başqa, orduya məxsus təyyarələr Raconun cənubunda əməliyyatlar keçirərək, terrorçu hədəflərini bombardman edib.

Qeyd edək ki, Türkiyə Afrində keçirilən "Zeytun budağı” əməliyyatı çərçivəsində Raco və Cinderes bölgəsini azad etmək üçün bütün hazırlıqların tamamlandığını açıqlamışdı.