adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Fevral 2018 17:42
41747
HÜQUQ
A- A+

Həbsdə olan MTN polkovnikinin cəzası 7 il azaldıldı

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilib və V.Ələkbərovun cəzası 12 ildən 5 ilə endirilib.

V.Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.