ANA SƏHİFƏ / HÜQUQ

DTX-nın tutduğu dəstənin məhkəməsi başladı

16723    |   2018-02-28 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olarkən cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs A.Fərəcov özünü ittihamlarda təqsirli bilməyib.

Prosesdə ifadə verən dəstə üzvləri özlərini qismən təqsirli biliblər.

Daha sonra A.Fərəcov ittihama münasibət bildirib. O qeyd edib ki, bu işdə heç bir günahı yoxdur və heç kimdən pul tələb etməyib.

İttihama görə, A.Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-cı ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edərək Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədi ilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci ilin aprel ayının 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK