adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2018 16:05
10212
ƏDƏBİYYAT
A- A+

Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi fevralın 28-də işə başlayıb.

Beynəlxalq tədbirdə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Belarusdakı Səfirliyinin və "Azərnəşr”in iştirakı ilə təmsil olunur.

Martın 4-ə kimi davam edəcək tədbirdə Azərbaycanın mədəniyyətinə, tarixinə, dövlətçiliyinə, Qarabağ həqiqətlərinə dair nəşrlər, turizm potensialı haqqında təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunacaq.