adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2018 15:18
11050
SİYASƏT
A- A+

BMT: «KXDR SURİYAYA KİMYƏVİ SİLAH KOMPONENTLƏRİ GÖNDƏRİR»

Şimali Koreya Suriya hökumətinə göndərdiyi məhsulların içərisində kimyəvi silah düzəltmək üçün lazım olan komponentlər var. Bu barədə BMT ekspertlərinin müraciətinə əsasən «The Nyu-York Tayms» qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, BMT KXDR-in Suriyaya 2012-2017-ci illər ərzində göndərdiyi məhsulların içərisində turşu tərkibli plitələr, klapanlar və termometrlər göndərilib. Beynəlxalq ekspertlərin fikrincə, həmin yüklərin içərisində ballistik raketlərin hissələri, hərbi və mülki məqsədlərlə istifadə edilə biləcək materiallar da olub.

Məruzədə qeyd olunur ki, Suriya və Şimali Koreya aralarındakı bu ticarət Dəməşqin kimyəvi silahlarını saxlamağa, Pxenyana isə əldə etdiyi gəlirlə özünün raket və nüvə proqramlarını inkişaf etdirməyə köməklik edir.

Hələ ötən ilin yayında Reuters agentliyiin yaydığı məlumatlarda bildirilirdi ki, BMT-nin KXDR-ə qarşı tətbiq olunan sanksiyalarına məhəl qoymayaraq Suriya və Şimali Koreya arasında hərbi tərəfdaşlıq davam etdirilir. Son yarım ildə KXDR-in Suriya hökuməti Elmi Tədqiqat Mərkəzinə ünvanlanmış iki yük gəmisi saxlanılıb.

Qərb ölkələri bundan əvvəl də dəfələrlə Suriya hakimiyyətinin ölkəsində gedən müharibədə kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayılıb. Elə ötən həftə də Rusiyanın müharibə tərəflərinin barışdırılması üzrə mərkəzinin yayımladığı məlumatlarda münaqişə zonasında kimyəvi silahlardan istifadə edilə biləcəyi bildirilib.

Mehriban Cəfərova