adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Fevral 2018 15:16
14720
DÜNYA
A- A+

UŞAQLARA TƏCAVÜZ EDƏNLƏR XƏDİM OLUNACAQ

Qardaş Türkiyədə yeni bir qanun hazırlanır. Bu qanuna görə uşaqlara təcavüz edənlər təkcə həbs olunmaqla canlarını qurtara bilməyəcəklər. Eyni zamanda onları iynə vuraraq xədim edəcəklər.

Çox qəribədir ki, bir İslam ölkəsi olan Türkiyədə hər il az qala mindən çox uşaq belə təcavüzə məruz qalır. Və bu rəqəmlər də ildən-ilə artır. Bu hadisələrin çoxu da orta məktəblərdə, eləcə imamhatib okullarında baş verir.

Elə bu günlərdə bir müəllimi 18 uşağa təcavüz etdiyinə görə həbs elədilər və 562 il cəza kəsdilər.

Keçmiş SSRİ-də və elə bizdə də təcavüz üstə həbsə düşənlərə ikinci cəzanı da həbsxanada dustaqlar verirdi. Və elə bir cəza verirdilər ki, həmin şərəfsiz həbsxanadan çıxandan sonra bir daha qadına, qıza baxa bilmirdi və əksinə, gözü kişi axtarırdı. Təbii ki, bu qeyri-rəsmi cəza idi və çox ağır cəza idi. Və elə çox haqlı cəzaydı.

İndi qardaş Türkiyə vəziyyətdən çıxış yolunu bu qeyrətsiz və şərəfsizlərin xədim edilməsində görür.