adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2018 12:53
14122
GÜNDƏM
A- A+

UŞAQLARA ANLAMADIQLARI ŞEİRLƏRİ ƏZBƏRLƏTMƏYİN

Baxıram, televiziya kanallarında körpə-körpə uşaqlara şeir oxutdururlar, eləcə də müəyyən anım günlərinə həsr olunmuş tədbirlərdə. Hətta bəzən kövrələ-kövrələ, ağlaya-ağlaya oxuyurlar. Və görürsən ki, uşaq əzbər dediyi şeirin mənasını anlamır, bilmir. Yaxşı, bunu bir tərəfə qoyaq. O körpə uşaqları indidən niyə ağlaşmaya öyrədirsiniz? Guya bununla təzə-təzə çiçəkləyən bu fidanlara vətənpərvərlik aşılayırsız?

Hörmətli müəllimlər, bununla körpələrə vətənpərvərlik öyrədə bilməyəcəksiz.

O cocuqların vətənpərvər olmasını istəyirsizsə, onlara normal dərs keçin, elm öyrədin, təhsil verin, tərbiyə verin, elmli, savadlı gənclər yetişdirin. Tariximizi, ədəbiyyatımzı öyrədin, riyaziyyatı, fizikanı, kimyanı, astronomiyanı öyrədin. Elə dərs keçin ki, 8-ci sinifdən başlayaraq valideynləri həmin körpələrin boğazından kəsib övladlarını repetitor yanına göndərməsinlər. Elmli, savadlı əsl vətəndaş yetişdirin, onda vətənpərvər olacaqlar.