adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Fevral 2018 16:42
10934
DÜNYA
A- A+

Putin Rusiya üçün artan təhlükədən danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Daxili İşlər naziri Vladimir Kolokoltsev arasında keçirilən görüşdə narkotiklərin qanunsuz dövriyəsi məsələsi müzakirə edilib.

Adalet.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

"Narkotiklərin qanunsuz dövriyəsi dövlətimiz və cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Biz hazırda nazirimizlə bu məsələ barəsində danışdıq. Bu cinayətlərin həcmi əhəmiyyətli dərəcədə olmasa da, artır”, - Putin bildirib.

Prezident həmçinin hakimiyyət orqanlarının bütün səviyyələrdə narkotiklə mübarizə fəaliyyətini ictimai qurumlarla əlaqəli şəkildə artırmalı olduğunu qeyd edib.