adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Fevral 2018 14:42
14796
DÜNYA
A- A+

Sıra Türkiyəyə də gələ bilər

Afrin əməliyyatını haqlı bir əməliyyat adlandıran ordu generalı Ülkər Başbuğ türk millətini bütöv və sayıq olmağa çağırıb.

Antalya Sənayeçilər və İş adamları Dərnəyinin növbəti toplantısına qatılan Ü. Başbuğ jurnalistlərin "Böyük orta Şərq Layihəsi Türkiyəyə də gələ bilərmi”? sualını cavablandırarkən deyib: "Gələ bilər, gəlməz deyə düşünmək tarixi unutmaq deməkdir. Ona görə də güclü olmaq lazımdır. Ona görə də indi millətin bütünlüyünü, daxili sakitliyi və birliyi qorumaq çox vacibdir”

ABŞ-ın nəhəng, bütün dənizlərə hakim bir dünya dövləti adlandıran keçmiş Baş qərargah başçısı onu Rusiyayla bərabər tutmağın düzgün olmadığını vurğulayıb. "Bir dünya dövləti olmaq, nəinki dünya dövləti, hətta hər hansı bölgədə söz sahibi olmaq üçün güclü hərbi-dəniz qüvvələrinə malik olmaq lazımdır. ABŞ-ın dünyanın ən güclü ordusuna, ən güclü iqtisadiyyatına sahib olması bir həqiqətdir. Rusiya da güclüdür, amma Amerikaya tay deyil. Günbəgün güclənən başqa bir dövlət isə Çindir. Çin bu gün Amerika üçün potensial təhlükədir.

ABŞ öz siyasətində Orta Şərqə və Çin dənizinə niyə önəm verdiyini incələyən Ü. Başbuğ deyib: "Dünyadəa müxtəlif strateji bölgələr var. Bunlardan biri Orta Şərqdir, burdan da Çin dənizinə uzanan yoldur. Heç bir dünya dövləti belə bir strateji bölgədə başqa bir güclü dövlət istəməz, regional balansın dəyişməyinə yol verməz. Onlar Orta Şərqdə hər hansı siyasi, hərbi dəyişikliyi özləri üçün təhlükə sayırlar”. Daha sonra ABŞ-ın Orta Şərqi özünə qarşı olan hər hansı bir güc sahibinə güzəştə getməyəcəyini vurğulayan ordu generalı söyləyib ki, Birləşmiş Ştatların bu bölgədə attığı hər bir addımın İranla olan əlaqəsinə fikir vermək lazımdır.

Çexiyada sərbəst buraxılan Salih Müslümdən söz açan Başbuğ bildirib ki, PYD partiyanın adı, YPG onun silahlı qolu. Partiyanın silahlı qolu olarmı? Bu, izahı olmayan bir məsələdir. PYD, YPG, KCK-PKK – bunların hamısı eyni şeydir. S.Müslimi də 2003-cü idə göndəriblər Suriyaya ki, get orda partiya yarat. PKK-nın Suriya qolu bu cür sadə şəkildə yaradılıb. Salih Müslim də PKK-nın adamıdır.

Afrin əməliyyatına haqq qazandıran Ü. Başbuğ deyib ki, sərhədlərimiz boyunca bir terror təşkilatının, həm də siyasi niyyətlərinin açıq bildirən terror təşkilatının mövcudluğuna kim dözər? ABŞ-ın özü Meksikayla sərhəddində bir terror təşkilatının olmasına razı olarmı? İdilibin ardından Afrin əməliyyatının olması gözlənilirdi. Bu əməliyyat, beynəlxalq hüquqa da zidd deyil.

Əməkli ordu generalı Menbiç məsələsilə bağlı deyib: "Əsas problem Fəratın şərqindədir, ora cözülməsə, problemin həllindən danışmaq olmaz. Buz dağının altı Fəratın şərqindədir, bunları bir az zamana buraxmaq lazımdır. Zaman göstərəcək orda nələr etmək lazım olduğunu. Türk Silahlı Qüvvələrinə güvənin. 2007-2014-cü illərdə TSQ çox acılar çəkdi. Bu ordunun mayası sağlam. Acılara rəğmən ona görəv veriləndə acılarnı ürəklərinə basıb canı bahasına verilən öz görəvini yapmağa çalışır. Bu asan iş deyil, şəhidlər verilir.. Təcrübədən görmüşük. Texnoloji imkanlarımız yaxşı səviyyədədir. Biz onlara güvənirik. Türk ordusu Mustafa Kamal Atatürk ordusudur. Cumhuriyyəti quran ordu vətəninə və millətinə canı bahasına xidmət edər. Onlara güvənərək, maddi və mənəvi dəstək verərək hər şeyi səbr və təmkinlə izləyəmək lazımdır.