adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2018 13:37
9896
GÜNDƏM
A- A+

Deputat yenidən sədr seçildi

Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurultayında yenidənqurumun prezidenti seçilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinə həmçinin iki vitse-prezident də təyin edilib. Bunlar Qafar Əsgərzadə və Rövşən Əliyevdir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.

Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).