ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Tibbi sığorta ilə bağlı hər bir xidmət müqaviləmiz unikaldır”

28090    |   2018-02-28 13:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"AtaSığorta” ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova: "Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, tələbatlarının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır”

Bu gün hər bir cəmiyyətin həyatında, insanların sağlamlığının qorunmasında və təmin edilməsində tibbi sığortanın müstəsna əhəmiyyəti var. O cümlədən, Azərbaycan cəmiyyəti üçün də tibbi sığorta amili olduqca aktualdır. Bu barədə suallarımızı "AtaSığorta” ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova cavablandırır. 12 ildən artıqdır ki, tibbi sığorta ilə məşğul olan, ixtisasca kardioloq Rozaliya xanım, təmsil etdiyi qurumun bu sahədə göstərdiyi xidmətlər, həmçinin tibbi sığortanın bir sıra vacib məqamları və incəlikləri ilə bağlı fikirlərini bildirdi.

- Rozaliya xanım, tibbi sığorta nədir və onun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Sağlamlığın insan üçün ən mühüm amil olduğunu nəzərə alsaq, tibbi sığortanın çox əhəmiyyətli bir sığorta növu olduğu üzə çıxır. İnsan qəfil bir xəstəliklə üzləşəndə, həm maddi, həm mənəvi cəhətdən yardıma, gözlənilməz tibbi məsrəflərin qarşılanmasına, keyfiyyətli tibbi yardımın alınmasına və qayğısını çəkə bilən təşkilata çox ehtiyac duyur. Sığorta şirkəti məhz bu ehtiyacların ödənməsini öz üzərinə götürür. Ümumiyyətlə, sığorta - risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü bir mexanizmdir. Sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir. Tibbi sığorta sığortanın bir növü olmaqla, sığorta olunan şəxsin aldığı tibbi yardımın ödənişinə təminat verən, sağlamlığının qorunmasının təminatlı bir formasıdır

- Tibbi sığortanın tətbiqi formaları və növləri barədə nələri bildirmək olar?

- Tibbi sığorta icbari və könüllü olur. Könüllü tibbi sığorta korporativ və fiziki şəxslərin sığortasına bölünür. Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesi üzərində işlər aparılır. Şirkətimiz 12 ildir ki, korporativ könüllü tibbi sığorta ilə məşğuldur. Bu sahədə öncül şirkət olaraq sərfəli və keyfiyyətli xidmət təklif edirik. Öncə bildirim ki, korporativ tibbi sığorta işəgötürənin işçilərinin tibbi xərclərinin qarşılanmasını nəzərdə tutan sosial paketdir. Korporativ tibbi sığorta işəgötürənin işçilərini motivasiya etmək üçün effektiv vasitə olaraq şirkətin rəhbərliyinin işçilərinə qarşı bir qayğı göstəricisi sayılır. Korporativ sosial paketin tərkib hissələrindən biri olan işçilərin tibbi sığortası iş yerinin nüfuzuna təsir göstərir və hər bir işçinin şirkət üçün əhəmiyyətini vurğulayır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə sadiq münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir.

Bağladığımız hər bir müqavilə unikaldır. Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştərimız təqdim etdiyimiz xidmətlər siyahısından istifadə edərək, özünə uyğun tibbi sığorta proqramını tərtib edə bilər. Məsələn, xidmətlərdən təcili yardım, ambulator yardım, stasionar yardım, stomatoloji yardım, dərman təminatı, hamiləliyin təqibi, peyvənd və s. göstərmək olar.




İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK