adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2018 12:16
19367
ŞOU-BİZNES
A- A+

Etdiyi zarafata görə həbs edildi

Misirin ən məşhur qadın müğənnilərindən olan Şirine Əbdülvahab, Nil çayı ilə bağlı zarafat etdiyinə görə 6 aylıq həbsə məhkum edilib.

Adalet.az xəbər verir ki, konsertlərin birində pərəstişkarları xanım müğənnidən "Heç Nil suyundan içdinizmi?" deyə soruşublar. Müğənni isə Nil çayının suyundan içərsə, xəstəliyə yoluxacağından qorxduğunu bildirib.

Qahirə məhkəməsi isə bu sözlərə görə müğənnini "yalan xəbər yaymaq"da günahlandırıb.

Şirineyə həmçinin səhnəyə çıxmaq qadağası da qoyulub.