adalet.az header logo
  • Bakı 19°C
28 Fevral 2018 10:25
12973
DÜNYA
A- A+

“Çaqqal” ləqəbli general öldü

Argentinada diktatura dövrünün "kirli müharibə” generalı Luçiano Benjamin Menendes 90 yaşında ölüb.

Adalet.az xəbər verir ki, bu barədə "Frans Press” yazıb.

Menendes qarşıdurmaların mərkəzi, Argentinanın ikinci böyük şəhəri olan Kordovada 3-cü ordu korpusuna rəhbərlik edib. "Kaftar” və "Çaqqal” ləqəbləri ilə tanınan Menendes 1976-1983-cü illərdə hərbi rejimin minlərlə müxalifə işgəncə verdiyi "La Perla” düşərgəsinin lideri olub.

Menendes məhkəmə proseslərində dəfələrlə heç bir qeyri-qanuni repressiya həyata keçirmədiyini bildirib. Ölümünə qədər Menendes barədə 14 məhkəmə prosesi başladılıb və bunlardan 13-də ömürlük həbs cəzasına məhkum edilib.

Benjamin Menendes qaraciyər xəstəliyindən Kordovada yerləşən hərbi hospitalda ölüb.

"Qurbanlarından fərqli olaraq, biz onun harada və nə vaxt öldüyünü bilirik. Onun ailəsi də onunla vidalaşa biləcək”, - diktotorluq dövrünün qurbanlarını təmsil edən HİJOS qrupunun üzvləri bildirilib.