Azərbaycanla İran müştərək film çəkib
"Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb.Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır.
Film istehsalçılarıbildiriblər ki, yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.
Azərbaycan dilində çəkilmiş "Sərhəd, Arpaçay, ayrılıq mahnısı” filmini yaxın günlərdə iki ölkənin kinoteatrlarında görmək mümkün olacaq. Ekran əsərinin gənc rejissoru filmin ərsəyə gəlməsi üçün beynəlxalq əməkdaşlıq qurub.
Qeyd edək ki, filmin musiqiləri Alim Qasımov və Rübail Əzimov tərəfindən ifa olunub. Ekran əsəri üçün xüsusi vizual effektlər Ukraynada tamamlanıb. /azertag.az/
Digər Xəbərlər
17 Aprel 2024 18:30
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55İki böyük sənətkar - Aşıq Ədalətlə Rəmiş! - VİDEO
17 Aprel 2024 14:54Troya xarabalıqları – FOTOLAR
17 Aprel 2024 13:26Bəlkə ictimai kanal cəmiiyyətin bütün təbəqələrini qucaqlamaq istəyir? - Jurnalistdən MÖVQE
16 Aprel 2024 18:50