adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Fevral 2018 10:05
8694
GÜNDƏM
A- A+

Bu gün Bakının iki rayonunda qaz olmayacaq...

Bu gün Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

 

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində "Azəriqaz”ın Təmir Tikinti İdarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530 mm-lik  qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89 mm-lik xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi  ilə əlaqədar, fevralın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.