adalet.az header logo
  • Bakı 21°C
28 Fevral 2018 00:01
8488
GÜNDƏM
A- A+

ADIN İŞIĞINDA UCALAN ELLƏR

(əvvəli ötən sayımızda)

Rayonun əkinə yararlı 34 min 824 ha torpaq sahəsinin artıq bu il 30 min 151 hektarında taxıl, o cümlədən 19 min 869 ha sahədə buğda, 10 min 282 ha sahədə arpa əkilmişdir. 4763 ha sahə isə yazlıqlar və növbəti əkinlər üçün şumlanaraq hazırlanmışdır.
Rayonda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır. 2017-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 1,4 faiz artaraq 30 min 96 başa, qoyun və keçilərin baş sayı 0,8 faiz artaraq 190 min 973 başa, quşların baş sayı isə 5,7 faiz artaraq 93 min 72 başa çatmışdır.
İl ərzində ət istehsalı 2,1 faiz artaraq 5918 ton, süd istehsalı 1,7 faiz artaraq 20,0 min ton, yumurta istehsalı 2 faiz artaraq 8,8 milyon ədəd olmuşdur. Yun istehsalı 2,2 faiz artaraq 362,0 ton olmuşdur.
2016-cı ildə rayonun kartofla özünü təminetmə səviyyəsi 20 faiz olduğu halda, 2017-ci ildə 78 faiz olmuşdur. Rayon özünü taxıl və taxıl məhsulları ilə 95 faiz, tərəvəz və bostan məhsulları ilə 11 faiz, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta ilə tam şəkildə təmin etməklə yanaşı, bu məhsulların 50 faizdən artıq hissəsi ölkə paytaxtında və digər bölgələrdə satılır.
Rayonda aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə Qaracüzlü kəndi yaxınlığında 1000 ha ərazidə aqroparkın yaradılması işinə başlanılmışdır. 31 yanvar 2018-ci il tarixdə sahənin təyinat dəyişikliyi ilə bağlı müvafiq sərəncam verilmiş, suvarma kanalının çəkilməsi üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC qarşısında məsələ qaldırılmışdır. Artıq aqroparkda 300 ha buğda və 400 ha arpa əkilmişdir. Gələcəkdə ərazidə 320 ha sahədə pivot suvarma sisteminin qurulması layihələndirilmiş, 200 baş mal-qara fermasının və 4 ədəd yaşayış evinin tikintisi layihələndirilir. 2018-ci ildə ərazidə 300 ha buğda, 300 ha arpa, 100 ha qarğıdalı, 100 ha günəbaxan, 100 ha yonca, 100 ha meyvə bağının salınması planlaşdırılır ki, bunun üçün əraziyə suyun çəkilməsi zəruridir.
Aqroparkın yaranması rayon sahibkarlarına intensiv taxılçılıq, suvarma əkinçiliyi, müasir heyvandarlıqda əldə olunacaq yüksək nəticələrlə əyani şəkildə tanış olmaq, bu sahələrə investisiya qoyulmasına, rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına bir stimul yaradacaqdır.
2017-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında da mühüm işlər görülmüşdür. Belə ki, rayonda bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Lakin Qobustan şəhərində kabelləşdirmənin başa çatdırılması, Nabur, Şıxzahırlı, Sündü, Xilmilli, Çuxanlı, Ərəbşahverdi, Qurbançı, Qaracüzlü, Nardaran, Cəmcəmli kəndlərində örtülü naqillərə keçid, daşıyıcı xətlərin təmir olunması son dərəcə zəruridir. 2018-ci ildə bu istiqamətdə işlər gücləndirilməlidir.
Qobustan rayonunda son illərdə qazlaşma istiqamətində mühüm addımlar atılmışdır. Ümumilikdə rayonun yaşayış mövcud olan 29 məntəqəsindən 21-i və ya 72 faizi, əhalinin isə 93 faizi təbii qazdan istifadə edir. Şıxzahırlı kəndinin qazlaşdırılması istiqamətində də müvafiq müraciətlər edilmişdir. 2018-ci ildə Şıxzahırlı kəndinin qazlaşdırılmasına nail olunacaqdır. 2017-ci ildə istehlak olunmuş təbii qazın dəyəri əhali sektoru üzrə 92,6 faiz ödənilmişdir.
Rayon üçün, xüsusilə Qobustan şəhəri üçün uzun illər ən ağrılı, ən çətin problemlərdən biri içməli su ilə təminat məsələsi olmuşdur. Bu sahədə həm iş baxımından, həm də dəyər baxımından çox böyük işlər görülmüşdür. Son beş ildə bu sahəyə qoyulmuş vəsait rayonun illik büdcəsindən 30 dəfə artıqdır. Həyata keçirilmiş layihələr nəticəsində təkcə son beş ildə rayon əhalisinin təxminən 46 faizinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. İndi Qobustan şəhəri tam şəkildə fasiləsiz içməli su ilə təmin edilir.
Rayonda son illərdə yol təsərrüfatı sürətlə inkişaf edir. Möhtərəm Prezidentin diqqət və qayğısı nəticəsində rayonda ümumi uzunluğu 40 km-dən artıq olan, 22700 nəfərə qədər əhalinin və ya ümumi əhalinin 52 faizinin yaşadığı, 10 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 2 avtomobil yolu yüksək səviyyədə asfaltlaşdırılmışdır. 5 yaşayış məntəqəsinin və 5000-ə yaxın əhalinin istifadə etdiyi Qobustan-Poladlı yolunun tikintisi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilmişdir. Yaxın vaxtlarda həmin yolun da asfaltlanmasına başlanılacaqdır.
2011-ci ilədək Qobustan rayonunda rayon mərkəzi və Cəngi kəndindən başqa heç bir kəndin asfalt örtüklü yolu olmadığı halda, hazırda rayon üzrə 74 faiz əhali asfalt örtüklü, 11 faiz əhali isə qara örtüklü yollardan istifadə edir.
Rayonda rabitə xidməti sahəsində də son illərdə bir sıra işlər görülmüşdür. Hazırda rayonumuzda 91 faiz əhalinin yaşadığı 21 yaşayış məntəqəsinin internetə çıxış imkanları vardır.
Rayonda əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaranması, sosial müdafiə məsələləri də daim diqqətdə saxlanılır. Cənab Prezidentin tapşırığı əsasında 2017-ci ildə Qobustan rayonunda abadlıq və təmir-tikinti ilə əlaqədar 116 yeni iş yeri yaradılmışdır. Bu iş yerlərində əsasən gənclər işlə təmin olunmuşlar. Bu il də rayonda abadlıq və təmir-tikinti işləri ilə əlaqədar 155 yeni iş yeri yaradılmış, aztəminatlı ailələr, gənclər həmin iş yerlərində işlə təmin olunmuşlar.
2017-ci ildə özünüməşğulluqla əlaqədar ilkin olaraq 5 ailə seçilmiş, həmin ailələrdən ailə təsərrüfatını yaratmaq üçün ilkin köməkliklər göstərilmişdir. Bu il isə 30 ailənin seçilərək özünüməşğulluq proqramına qoşulması gözlənilir. Bu çox gözəl bir təşəbbüsdür ki, ailələr öz halal zəhmətləri ilə özləri üçün məşğulluq yaradıb, dolanışıqlarını təmin edirlər. 2017-ci ilin sentyabr ayında keçirilmiş əmək yarmarkasında 45 nəfərə işə göndəriş verilmiş, 32 nəfər müvafiq işlə təmin olunmuşdur. Rayon Məşğulluq Mərkəzinin xətti ilə hesabat dövründə 360 nəfər müvafiq işlə təmin olunmuşdur ki, onlardan 59 nəfərini qadınlar təşkil edir.
2017-ci ildə 622-si daimi olmaqla, 2837 yeni iş yeri yaradılmışdır.
Eyni zamanda, daimi iş yerlərinin sayı 2016-cı illə müqayisədə 97,5 faiz, ümumi iş yerlərinin sayı isə 14,1 faiz artmışdır. Kənd təsərrüfatı bitkilərinin əkini ilə əlaqədar əlavə olaraq 5253 nəfər müvəqqəti və mövsümi işlə təmin edilmişdir.
Hazırda rayonda 4572 nəfər əmək pensiyası, 2477 nəfər sosial müavinət, 170 nəfər Ünvanlı Dövlət Sosial Yardımı alır. Qobustan şəhərində 1 Qarabağ əlili və 1 şəhid ailəsinin hər biri üçün 2 mənzilli, 1 Qarabağ əlili üçün isə 3 mənzilli yaşayış evinin tikintisi başa çatmış, bu il istifadəyə verilməsi gözlənilir. Poladlı kənd tam orta məktəbinin qarşısındakı Şəhid Mahir Kərimovun abidəsi yenilənmişdir.

(ardı gələn sayımızda)