Faiq QİSMƏTOĞLU: Ürək gülmürsə...

FAİQ QİSMƏTOĞLU
49050 | 2018-02-27 15:35

… Çərşənbələr yazıngəlişini xəbər verən qaranquşlara bənzəyir. Və bu çərşənbələr gələndə insanın ürəyindəki,qəlbindəki arzular da çiçəkləyir, pöhrələyir,yaşıllaşır. Çünki payız və qış aylarındainsanlar çox əziyyət çəkirlər. Ən çox daqış mövsümündə belə əziyyətlə üzləşən, kənd təsərrüfatı işləri ilə məşğul olan insanlarolurlar. Elə ki möhkəm qar yağır, elə ki bərk şaxtalar düşür, bax, onda mal-qoyunsaxlayan adamların qara günləri başlayır. Qış üçün yığıb topladığı otu, yemi çoxqənaətlə istifadə eləyir ki, mal-qoyunu yaza çıxara bilsin…

Şükürlər olsun ki,bu qış heç də elə sərt keçməyib. Böyük çilə də, kiçik çilə də başa çatıb. Adətənkiçik çilə özünü həmişə göstərib, yerə-göyə sığmayıb, bir fısqırıq çıxarıb ki, gəlgörəsən! Yəni son günündə ya qar yağdırıb, ya tufan eləyib, ya da çox soyuq keçib.Bu dəfə ha hıqqındı, ha gərnəşdi, ha özünü ora-bura vurdu, çırpdı bir şey çıxmadıki, çıxmadı! Və bir şey çıxmaya-çıxmaya da çıxıb getdi.

… İndi artıq bozaydı. Bozay da 40 gün davam eləyir. Və bu 40 gündəbir gün qış havası olur, bir gün payız havası, bir gün yaz havası, bir gün də yayhavası. Hətta bir gündə hava dörd-beşdəfə dəyişir. Yəni biz bir gündə dörd-beş dəfə müxtəlif havanın şahidi oluruq. Birdə görürsən ki, qışda olmayan soyuq, qar mart ayında oldu. Və martda da elə birsoyuq keçdi ki, açılan çiçəkləri, gülləri şaxta vurdu! Ona görə də ataların gözəlbir məsəli var: «Mart çıxdı, dərd çıxdı». Yəni martın çıxmağıyla bütün ağrı-acı,dərd, kədər insanlardan uzaq olur...

… Dünən ilk çərşənbə– su çərşəndəsi oldu. Və şükürlər olsun ki, biz ilk çərşənbənin sevincini yaşayabildik... Və şükürlər olsun ki, biz ilk tonqalı qalamağı bacardıq… Və şükürlər olsunki, biz ilk çərşənbəni belə ab-havayla qarşıladıq…

Məni bir məsələ xüsusilənarahat edir ki, əksər insanların üzündə, gözündə bu ilk çərşənbənin sevincini, fərəhini görə bilmədim.Hər səhər işə metoryla gəlirəm. Su çərşənbəsi günü metro qatarındakı insanlarınbir daha çöhrəsinə baxdım. Düzdür, bəzi çöhrələrdə sevinc vardı. Amma əksər sifətlərdə,çöhrələrdə bu sevinci hiss duya bilmədim…

Hətta təsadüfən yaxınbir dostumla qatarda bir yerdə əyləşmişdik. Ovqatının qara olduğunu görüb «su çərşənbənmübarək olsun!» dedim. Gördüm ki, birdən-birəo düşüncədən ayrıldı və qayğılı-qayğılı mənə baxıb dilləndi:

- Çox sağ ol, sənində çərşənbən mübarək olsun! İndi xəstəxanayagedirəm, oğlum da, yoldaşım da xəstəxanada yatır. İnan, heç bilmirəm ki, bu günhansı gündür. Heç evimizdə də bayramı yada salan bir şey yoxdur. Amma neyləmək olar,buna da şükür! Təki ailəm, oğlum tezliklə sağalsın, evimə dönsün, biz də sevinək.Bəzən qayğılar o qədərdir ki, bayram belə adamın yadına düşmür. Bir də vallah, adamınsüfrəsində hər şey olanda, cibində pul olanda, elə hər gün bayramdır…

… Biz uşaq olandasu çərşənbəsi günü səhər saat 5-də atam rəhmətlik bizi yuxudan qaldırardı. Üç qardaş, iki bacı ayağa qalxardıq, geyinərdik, rəhmətlikanam və atamla qapımızdakı quyunun yanına gedərdik. Vedrəylə suyu quyudan çəkibəl-üzümüzü yuyardıq. Düzdü, üzümüzü yuyanda quyu suyu bizi üşüdərdi. Ancaq hər bayrambizi elə öyrəşdirmişdilər ki, lap qar yağsa da, yuxudan qalxıb su çərşənbəsi günüqapımızdakı quyunun yanına gedər və vedrəylə suyu çəkib kənara qoyaraq o suyla üzümüzü möhkəm-möhkəm yuyardıq...

… Həmin illərdən 43 ildən çox vaxt ötür. Amma Bakıda biz su çərşənbəsinikənddəki kimi qeyd eləyə bilmirik. Çox nahaq yerə! Amma dünən yuxudan durdum, yoldaşımıda səhər saatlarında oyatdım. Krantı açıb əl-üzümüzü möhkəm-möhkəm yuduq, sonrada Allaha dualar elədik. Sevdiyim insanlara və doğmalarıma bu çərşənbə can sağlığıarzuladım. Və bir az da Allah-Təaladan ruzi dilədim. Çünki ruzisiz ev suyu sovrulmuşdəyirmana bənzəyir. Səhər-səhər xəstəxanadakı oğluma da dəydim. O da dedi ki, ata, məni bu gün çıxart, tay burda qalmaqistəmirəm. Nə deyirsən sözündən çıxmayacam. Ürəyim də həddindən artıq yumuşaldı.Həkimdən xahiş elədim ki, axşam gəlib onu evimizə aparacam. Həkim gördüm ki, razıdeyil. Ancaq ilk çərşənbə olduğunu yadınasalanda o da kövrəldi. Dedi ki, axşam saat 5-də gəl oğlunu götür…

…Və axşam saat5-də oğlumu xəstəxanadan çıxardım. Axşam tonqalı ətrafına yığışdıq, tonqal ətrafındao qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Sevinən, bir-birinə gözaydınlığıverən, su çərşənbəsinin sevincini yaşayançoxlu qonum-qonşular… bizim həyətdə hər çərşənbə axşamı tonqal qalanır. Bunu daməhləmizin uşaqları eləyirlər. Səhər-səhər də işə gedəndə o uşaqları görüb sevindim.Dedilər ki, Faiq əmi, çoxlu odun yığmışıq tonqalımız olacaq. Özün də gəl, Eminidə gətir! Və beləcə, su çərşənbəsinin ilk gününün tonqalını qaladıq. Onun istisinə,hərarətinə toplaşdıq…

… Qoy bu ilk tonqalınhərarəti, istisi bu millətə, bu xalqa sevincgətirsin. İnsanların üzləri güldüyü kimi, ürəkləri də sevinsin, fərəhlənsin. Hərevdə, hər eşikdə, hər yurdda ocaqlar qalansın, süfrələr naz-nemətlə, ləziz yeməklərlə bəzənsin. Heç bir evin, heç bir yurdunsüfrəsi boş qalmasın. Allah-Təaladan bu çərşənbə günü millətimə, xalqıma elədiyimdualar bax, beləcə bitir. Və gün o gün olsun ki, bu dualarımız, bu istəklərimiz,bu sevgilərimiz çin olsun!


TƏQVİM / ARXİV