adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Fevral 2018 16:45
11762
ƏDƏBİYYAT
A- A+

Bakıda Moldova ədəbiyyatı günləri keçiriləcək

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 1-dən başlayaraq Bakıda Moldova ədəbiyyatı günləri keçiriləcək.

Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzindən verilən məlumata görə, 3 gün çəkəcək görüşdə Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak edəcək.

Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı” jurnalı Moldova ədəbiyyatı "xüsusi sayı”, Arkadie Suçevianunun "Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi, eləcə də bir sıra maraqlı görüşlər, tədbirlər planlaşdırılır.