adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2018 15:45
12259
MƏMLƏKƏT
A- A+

DƏMİRYOL LAYİHƏLƏRİ ERMƏNİSTANI 40 ARŞINLIQ QUYUYA ATDI

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son illərdə həyata keçirilən dəmiryol layihələri (Bakı-Tbilisi-Qars, Bakı-Məşhəd) təkcə Azərbaycanı dünyaya bir pəncərə kimi açmır. Və təkcə Asiya ilə Avropanı və Şimalla Cənubu birləşdirmir, həm də Ermənistanı qırx arşınlıq quyunun dibinə ataraq bu düşmən ölkəyə böyük bir zərbə vurdu.

Ermənilərin bir çox arzularını gözündə qoydu, xüsusilə İran-Ermənistan (İrəvan) dəmiryol xəttinin çəkilməsi layihəsi atıldı yüzillik arxivinə. İranın İrəvana dəmiryol xətti çəkməsində məqsəd əslində İrəvanın üzərindən Rusiya dəmiryollarına bağlanmaq fikri idi. Və artıq İranın bu istəyi Astara üzərindən həyata keçirildi. İran hökuməti o qədər səbatsız deyil ki, pulunu boş bir şeyə – İrəvana dəmiryolu xətti çəkməyə xərcləsin. Məlumdur ki, Azərbaycanın ortaya qoyduğu ən vacib şərt də odur ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna qətiyyən qoşula bilməz.

Beləliklə, onsuz da iqtisadiyyatı qırx arşınlıq quyunun dibində olan Ermənistan daha bir qırx arşın quyunun dibinə düşdü.