ANA SƏHİFƏ / MÜSAHİBƏ

Belə cəmiyyətdə düşüncəsinə görə adamı yandırarlar... - MÜSAHİBƏ

43506    |   2018-02-27 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan televiziyasını izləyən bütün tamaşaçılar demək olar ki, Ləman Ələşrəfqızını tanıyır. Xüsusilə də, ANS-də efirə gedən "İç xəbər" və "Xəbərçi" verilişlərindən. Ləman xanımla bugünkü televizyadan, jurnalistikadan, unudulmaz televizya reportajlarından, ədəbi mühitdən və digər məsələlərdən söhbət açdıq.

Adalet.az jurnalsit Ləman Ələşrəfqızı ilə müsahibəni təqdim edir:


- Ləman xanım, biz sizi səsinizlə xatırlayırdıq. Üzünüzü görməmişdik, ancaq səsiniz bizə xoş gələrdi. Hazırladığınız reportajlarda fikirləriniz səlis, nitqiniz aydın və özünəməxsus olurdu. İndi təəssüf ki, Ləman Ələşrəfqızı kimi jurnalsitləri görmürük. Sizdən sonra bu estafeti kimlər davam etdirəcək? Ümidiniz varmı indiki televiziya jurnalistlərinə?

- 2005-ci ildə mən ANSgəldim - "İç xəbərproqramına. "İç xəbərdə bildiyiniz kimi çox məşhur veriliş idi və mən burda qısa zaman içində özümü tapdım və tanıtdım. Amma jurnalistikada 90-cı illərdənəm. Onda da sevənlərim çox idi. Məsələn, xatırlayıram ki, "Hürriyyətqəzetində işləyəndə qəzetə gələn oxucu məktublarının çoxu mənim adıma yazılırdı. Hərçənd mən o qəzetdə sadəcə parlament müxbiri idim, yəni nə baş redaktordum, nə təsisçi-filan. Sadəcə adamların çoxu istəyirdi ki, onun problemini məhz mən işıqlandırım. ANS-də bu daha çox özünü biruzə verdi. Çünki televiziya qəzet deyil, auditoriyası çox genişdir, çağırılmamış qonaq kimi hər kəsin evinin içindədir. Qaldı, bizdən sonra estafeti kimlər davam etdirəcək? Məncə hər zamanın öz qəhrəmanları olur, bu mənada narahatlığa əsas yoxdur. Bir də ki, biz estafeti hələ əldən verməmişik, bəlkə də öz zamanımızı gözləyirik.


- O günləri necə xatırlayırsınız? Reportajlara necə hazırlaşırdınız?

- Çətin günlər idi, xüsusilə evli bir qadın üçün televiziyada, üstəgəl xəbər proqramında işləmək asan deyil. Məsələn, mən televiziyaya işə çıxanda oğlum cəmi bir yaş iki aylıq idi. "İç xəbərisə o vaxtlar gecə 00:30-da başlayırdı. Canlı efir bitəndən sonra maşın hamımızı bir-bir evə gətirirdi. Mən onda Bakıxanov qəsəbəsində qalırdım, evə 2-nin yarısı, 2-də çatırdım. Əvvəlvvəl həyat yoldaşım bunu həzm eləmirdi, amma görəndə ki, mənim süjetlərim "İç xəbərdə daha çox sevilir, mən öz işimi hər şeydən çox sevirəm, əlinin dalını yerə qoydu. Razılaşdı. Yəni ailənin yükü verilişin yükünə adekvat idi. Əlbəttə, zamanla yoluna düşdü hər şey.


- Müxtəlif illərdə "İç xəbər"in redaktoru, rəhbəri, "Xəbərlər"in xüsusi müxbiri olmusuz. Hansı maraqlı hadisələr yaddaşınızda iz buraxıb?

- Hər çəkilişimiz bir hadisəydi əslində. O illərdə şəhərdə tikinti bumu yaşanırdı. Gah görürdün qaldırıcı kran aşdı, gah görürdün evindən çıxmaq istəməyən biri özünü yandırdı. Yadımdadır, müxbirimiz Lalə Əsgərova əynindən gödəkçəsini çıxarıb özünü yandıran qadının alovunu söndürmüşdü. Səbinə Heydərova rüşvət verən qaz idarəsi rəisinin əlini geri itələmişdi. Mən şəxsiyyət vəsiqəsi özəl taksi şirkəti tərəfindən girov saxlanan, bu səbəbdən üç körpəsi evdə nikahdankənar kimi doğulan, balalarına doğum şəhadətnaməsi ala bilməyən adamın sənədini alıb özünə qaytarmışdım. Bilirsiz, bu həm də insanların inamını özünə qaytarmaq idi və belə faktlar yüzlərlə idi.


-Aha

-Üstəgəl və ən əsası biz bu işləri heç bir təmənna güdmədən, peşə borcumuz olaraq yerinə yetirirdik. Lap əvvəllər adamlar mütləq çəkilişə görə bizə nə qədər pul verəcəklərini soruşurdular. Bizim - heç nə, can sağlığı, biz buna görə maaş alırıq - cavabımıza da qəribə baxırdılar. Onların aləmində, çəkiliş gəlibsə, mütləq jurnalistə, operatora pul verilməli idi. Bax, biz bu düşüncəni yox elədik. Adamlar bizi görəndə sanki öz xilaskarlarını görürdülər. Bu şəxsən mənə çox zövq verirdi. Amma düşünürəm daha çox zövq verən süjetlərim "Xəbərçi”də olub. Və bu sırada mən ən yadda qalan süjetim kimi Milli Məclisdə operator Akifin deputatların yerinə səsverməsini xatırlayıram. (gülür) Nəticə olaraq sonradan məni parlamentə buraxmadılar.


- Jurnalistin də, aparıcının əsas missiyası xalqı maarifləndirmək olmalıdır, deyirik. Bəs bu gün xalqımız maariflənirmi?

- Maarifləndirici proqramlar da olmamış deyil. Məsələn, mən vaxtım olanda dövlət televiziyasında, İctimai TV-də, Mədəniyyət kanalında, CBC-də bəzi verilişləri izləyirəm. Amma ümumi mənzərə ürəkaçan deyil əlbəttə. Televiziyanın imkanları çox genişdir, istəsələr o qədər gözəl verilişlər hazırlamaq olar ki. Təəssüf ki, maraq göstərmirlər.


- Səbəb nədir sizcə?

- Televiziya rəhbərlərinin əlində bir bəhanə var. Ciddi, ağıllı verilişin tamaşaçısı olmur, hamı əyləncəyə baxmaq istəyir. Yəni günah keçisi onların təbirincə , tamaşaçılardır. Amma unuduruq ki, tamaşaçını da televiziyalar yetişdirir. Siz siyasətinizi dəyişin, imkan verin tamaşaçı da zövqünü dəyişsin. Yox, olmaz. Ortada reklam məsələləri var, pul məsələləri var. Pul varsa, milləti-filanı boş ver. Qoy ürəyi istəyən qədər çalıb oynasın. Daha yaxşı, onlardan pul istəmir ki, çalıb oynamaq istəyir. Ona görə də, hansısa televiziya rəhbəri işdən kənarlaşdırılanda əmlakları ilə bağlı uzun bir siyahı hazırlanır. Hansı ki, dəyəri milyon manatlarla ölçülən. Hardandır bu pul? Heç bu sualı verən var? Yoxdur, hamının başı hind filmlərinə, başqa əyləncələrə qarışıb. 

- Aparıcı özünü gündəmdə saxlamaq üçün nələr etməlidir?

- İndiki vaxtda sadəcə burun kəsdirmək və botox elətdirmək kifayət edir. Hamı ondan danışacaq (gülür). Yəni düşünürsüzsə ki, mütaliə-filan, səhv düşünürsüz. Bizə ağıllı aparıcı lazım deyil.


- Siz dediyiniz aparcılar efirdə kifayət qədərdi. Bəlkə ağıllı aparıcı olmadığından insanlarımız televiziyadan uzaq düşüb?

-Ola bilər. Ağıllı aparıcı problemi də var Azərbaycanda. Amma olmamış da deyil. Yəni oturub axtarsaq o qədər adlar çəkə bilərik ki. hamısı köhnənin jurnalistləridir, ağıllı adamlardır. Məsələn Nadir Bədəlov. Mən onun verilişlərinə həmişə maraqla baxmışam, məncə bu gün o yoxdur televiziyalarda. Qulu Məhərrəmli, səhv etmirəmsə heç bir televiziyada deyil. Nadejda İsmayılova. O "Dalğa”nı aparanda ürəyimiz gedirdi. İndi bəlkə də çox yaşlıdır, efirlik deyil. Amma qoy olsun da. Qonşu dövlətlərin təcrübəsinə baxın, əksəriyyəti yaşlı aparıcılardır. Bizdə qocalan aktyora rol vermədikləri kimi, yaşlı aparıcılara da efir vermirlər. İradə Tuncay, mən uşaq idim, qara, iri gözlü, gözəl səsli bu xanıma həmişə həsədlə baxırdım. Necə olur, bu adamları televiziyalara ekspert kimi, qonaq kimi çağırırlar, amma aparıcı kimi dəvət eləmirlər?


- Ləman xanım siz və sizin dövrünüzdəki jurnalistlərdə populist çıxışlar olub. İndi də sizin yazılarınızda populist çıxışlarla rastlaşırıq. Hansısa yazar kütlə tərəfindən hədəfə alınanda sizin mövqeyiniz kütlə mövqeyinə yaxın olur. Ləman Ələşrəfqızı kimi yox, sanki kütlənin hər hansı bir nümayəndəsi kimi görünürsünüz?

- Yəqin Ayxan Ayvazın Mirzə Ələkbər Sabir haqqında yazısına verdiyim cavabdan belə qənaətə gəlmisiz? Bəli, belə məsələlərdə mən daha çox kütlənin yanındayam. Sabir bizim milli dəyərimizdir. Mirzə Ələkbər Sabirin Ləmanın müdafiəsinə heç ehtiyacı da yoxdur. Amma onu müdafiə etmək və bunu kifayət qədər əsaslandırmağa niyə populistlik deyilsin ki?


-Xəlil Rzada tənqid olunmuşdu...

-Ayxandan qabaq Kəramət Böyükçöl Xəlil Rzaya sataşmışdı. Mən bir "Xəlil heyy” yazısı yazdım, orda Kəramətə hücumları pislədim. Baxmayaraq ki, əlinə versəydilər kütlə o günlərdə Kəraməti parçalayardı. Yəni düşünmürəm ki, mütləq kütlənin və yaxud mütləq hansısa yazarın tərəfində olmalıyam. Mənim bir devizim var. Həqiqətin yanında ol. Nə qədər bunu bacara bilirəm, bunu artıq tamaşaçı, oxucu bilir.


- Həqiqətin yanında olmaq sizə görə nədir? Bu gün posmodern erada hərənin bir həqiqəti olduğunu söyləyirlər. Və hər kəs özünə görə bir həqiqət daşıyıcısıdır...

- Bəli, düz deyirsiz. Bu yaxınlarda özünə toy edən və həyat yoldaşının şəklinin çəkilməsinə, sosial şəbəkədə yayılmasına qadağa qoyan, amma buna rəğmən bütün günü elə həmin sosial şəbəkələrdə Azərbaycan qadınlarını məsxərəyə qoyan, onların bakirəliyinə gülən postmodernist yazarın da öz həqiqətləri var. O zaman qoy hər kəs öz həqiqətləri ilə baş-başa qalsın.

- Gənc yazarları, ədəbi mühiti izləyirsizmi? Kimləri daha çox bəyənirsiz?

- Kifayət qədər izləyirəm. Bəyəndiklərim də var, bəyənmədiklərim də. Ad çəkmək istəmirəm. Hamısı yaxşı uşaqlardır. Hamısı da istedadlıdır. Zamanla ən yaxşı əsərlər, şeirlər yazacaqlarına da inanıram. Və ona da inanıram ki, gün gələcək Azərbaycandan böyük yazıçımız, şairimiz də olacaq. Hələ ki, bizim yetirdiklərimiz Azərbaycan boyda yazıçıdılar, Azərbaycan boyda şairdilər. Bilirsiz, mən indiki yazarlarda nəyi bəyənmirəm?

-Aha

-Onlar tutaq ki, Sabiri, və yaxud Anarı bəyənmirlər, hə? Amma onların əlində bu gün Sabirdən, Anardan böyük olmaq imkanları var. Bəs niyə ola bilmirlər? Sabir öz dilində yazırdı, siz dünyanın dilində yazın. Sabirin yaşadığı mühit onu böyük dünyadan təcrid edirdi. İndi dünya bizim ayağımızın altındadır. Niyə dünyaya çıxmırsız? Hələ üstəlik Sabiri, Anarı-filanı da bəyənmirsiz.


- Düşünürsünüz ki, birini bəyənməmək olmaz? Hər halda hər yeni nəsil özündən əvvəlkini inkarla təsdiqləyir…

-Əlbəttə olar. Amma baxır kim kimi tənqid edir, necə tənqid edir. Hər şey əsaslandırılmış, arqumentli olanda yaxşıdır. Amma bəzən görürsən ki, tənqid edən heç o yazarın yaradıcılığını düz-əməlli bilmir. Sadəcə "mən də varam” xatirinə tənqid nəyə lazımdır ki? 

- Səsləndirdiyiniz bəzi fikirlər birmənalı qarşılanmayıb. Mövlud Mövlud haqqında yazı yazmışdız. Yazı da qeyd etmişdiz ki, gənc yazar intihar etməkdənsə gedib cəbhədə ermənilərlə vuruşub ölərdi. Ümumiyyətlə bu cür fikirləriniz çox tənqid olunub. Siz sonradan bu fikirləri oxuyanda təəssüf hissi keçirmisiz ki, fikirlərimi başqa formada izah edərdim?

- Xeyr. Heç bir təəssüf hissi keçirmədim. Əksinə, təəssüf edirəm ki, bu cəmiyyətdə adamı düşüncəsinə görə tonqala atarlar, yandırarlar, dərisini soyarlar. Və bunu da ən çox söz azadlığından, plüralizmdən ağzı köpüklənə-köpüklənə danışanlar edər. Mövlud məsələsində mən bunu gördüm. Onda mənə hücum çəkənlərin çoxu heç o yazının mahiyyətini başa düşməmişdi. Çoxu küyə düşmüşdü. Oxumadan hücuma keçmişdilər. Mən də başa düşürəm ki, intihar insanın psixikası ilə birbaşa bağlı məsələdir. Və bu qərar bir saatın, bir günün qərarı deyil. Bəlkə də daha uzun zamanın qərarıdır. Məsələn, mən özünü dənizə atan bir gənc şairin səhifəsinə girib baxdım onun ölümündən sonra. Adam az qala bir aydır ölüm anonsu verirdi. Deməli, bu qərarı bir ay əvvəldən verib artıq. Hətta saatına, dəqiqəsinə qədər. Anlaşılır ki, ölüm bu adam üçün qaçılmazdır, bunu edəcək və çox maraqlıdır ki, şüurlu şəkildə edəcək. Onda niyə gedib özünü dənizə atır ki? Get səni bu vəziyyətə gətirən sosial problemin üstünə də. Ölümünlə, diqqəti o sferaya yönəlt. Yaxşı, öldürmə o ermənini, öldür başqa ermənini. Nə isə. Məncə siz yenə məni ağızlara saqqız eləmək istəyirsiz, Allah ölənlərə rəhmət eləsin. Və Allah heç kimi intihar qərarı ilə üz-üzə qoymasın.


- Ləman xanım düşünmüsüz ki, 90-cı illər jurnalistikası haqda memuar xarakterli kitab yazasınız. Bu haqda heç düşünmüsüz?

- Bəli, haçansa memuarlarımı yazacam. Məncə maraqlı kitab olacaq.


- Ailənizdən danışaq bir az da mümkünsə… Uşaqlarla daha çox kim məşğul olur?

- Uşaqlarla mən də, atası da məşğul oluruq. Zamanla dayə də məşğul olub. Oğlum 10-cu sinifdədir, səhər məktəbdə, günortadan sonra da hazırlıqda olur. Ondan arxayınam, yəni bütün günü başı dərsə qarışıb. Qızım hələ birinci sinifdədir, mənə çox bağlıdır. Demək olar ki, hər gün "mama, bu gün sənin üçün ağladım” sözünü eşidirəm. Sonra məni başa salır ki, hansısa paltarımı ortalıqda görəndə məni xatırlayıb ağlayır. Uşaqlardır da... Hərdən düşünürəm ki, kənd uşaqları şəhər uşaqlarından daha bəxtiyar böyüyürlər. Uşağa heç nə vermə, ana nəvazişi yetər.


Söhbətləşdi: Oğuz Ayvaz



İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK