adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Fevral 2018 14:57
22057
MƏDƏNİYYƏT
A- A+

Xocalı soyqırımı haqda yeni qısametrajlı film çəkilib

 Bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı qısametrajlı film çəkib. 5 dəqiqəlik film Xocalı şəhidlərindən və onların ailə üzvlərindən bəhs edir. 

Filmdə sadəcə iki obraz var və hər iki obraz şəhid övladıdır. Onlardan biri imkanlı iş adamı, digəri isə həmin şəxsin işçisidir. Sonda məlum olur ki, hər iki şəxsin ataları Xocalı soyqırımı nəticəsində şəhid olub. İmkanlı iş adamı olan gənc isə atasının şəhidliyindən sonra atasının silah yoldaşları olan bütün şəhidlərin ailəsini himayəyə götürüb. Filmin ssenari müəllifi və layihə rəhbəri Zöhrə İsmayılova bildirib ki, qısametrajlı filmi çəkməkdə məqsəd Xocalı soyqırımını gənc nəslin yaddaşına həkk etmək, onu hər gün xatırlatmaq, erməni təcavüzündən əziyyət çəkən ailələri diqqətdə saxlamaqdır: "Əslində ssenaridə bir az dəyişikliklər olub. 

Daha geniş və böyük bir hekayə yazmaq istəyirdim. Planımda var ki, bu haqda daha böyük yazılar yaradım. Bu kiçik yazı və film ilə demək istədiyim əsas odur ki, biz və bütün gənclik Xocalını yalnız Fevralın 26-da deyil, hər zaman yad edəcəyik: hətta şad və xoş günlərdə. Bir də onu qeyd etmək istəyirəm ki, "Silinməyən izlər” adlı hekayə və əsərlər çoxdur. Sadəcə yalnız bu ad istədiyimiz mesajı verə bildiyi üçün bu adı seçdim” Filmin rejissoru İlkin Sunayoğlu isə bildirib ki. Ssenari ilə tnış olub və xoşuna gəlib: "Mənə təklif gəldi, senari ilə maraqlandım. Gördüm ki reallıq var və təklifi qəbul etdim. Zamanımız az olsa da, bizə elə gəlir ki, bu qısametrajlı filmlə izləyicilərə nəsə çatdıra bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Filmdə iş adamı olan şəhid övladı obrazını canlandıran aktyor Kənan Fərzəli filmə dəstək göstərən hər kəsə təşəkkür edib: "Zöhrə xanıma da təklif etdik. O bizim təklifimizi qəbul etdi və razılaşdı,layihəyə rəhbərliyi öz üzərinə götürdü. Filmə dəstək olan hər kəsə təşəkkür edirəm. Zaman az olduğu üçün texniki qüsurlar ola bilər, amma düşünür ki, ictimaiyyətə lazım olan mesajı çatdıra bildik”.

 Filmin əsas qəhrəmanı obazını ifa edən Əminə Cəfərli isə gənclərin bu cür faciələrə qarşı unutqan olmasından şikayətlənib: "Çox təəssüf ki, biz elə bir zamana gəlib çıxmışıq ki, Xocalı, 20 yanvar, Zəhranın ölümü yalnız anım günlərində yad edilir. Filmdə çəkilərək mesaj vermək istəyirdim ki, təkcə bir gün deyil, hər gün ürəyimizdə yaşamalıdır. Necə ki, bir insanın əzizinin vəfatı hər zaman yad edilir. Xocalıda vəfat edənlər hər zaman qəlbimizdə yaşayacaq”.