adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2018 14:45
17467
MARAQLI
A- A+

İntihar etmək istəyən Adriano Çelentano

Müğənni Adriano Çelentano və onun həyat yoldaşı aktrisa Klaudiya Mori haqqında çoxsaylı şayiələr gəzir, bu nikah ən möhkəm ulduz nikahı hesab edilir, onların məhəbbəti zamana boyun əymir. 

Onların tanışlığı "Bir qəribə tip” filminin çəkilişlərində başlayıb. Bu 1963-cü ildə baş verib, Klaudiya aktyorun imicini çox qəribə hesab edib və qadında heç bir təəssürat yaratmamışdı.

Çelentano gənc aktrisanın xoşuna gəlməyə çalışırdı, amma qadın ona qarşı soyuq idi. Hər şey bir anda dəyişdi, çəkiliş meydançasında qısa qapanma zamanı şüşə plafon partladı, onun qırıntıları aktyorun üzünü cızdı. Klaudiya onun yanına qaçaraq ona yardım etməyə çalışdı. Bir müddət sonra onlar kafedə söhbət edirdilər, daha sonra isə qrim otağında ehtirasla öpüşürdülər.


Amma Klaudiyaya aktyor çox yüngül xasiyyət və etibarsız görünürdü. Çəkilişlər bitdikdən sonra aktrisanı konsertinə gəlməyə razı saldı və onu birinci sırada oturtdu. Konsertin sonunda romantik ballada səsləndi, sonra isə Çelentano sevgisini etiraf etdi. Bundan sonra onların rəsmi sevgi romanı başladı.

1964-cü ilin iyul ayının 14-də cütlük evlənib, bu gecə saat 3-də bütün müxbirlərdən gizli olub.

Morini ərinin çətin xasiyyəti qorxutmurdu. O, ərinin administratoru, imicmeykeri və piar-meneceri, eləcə də üç uşağının anası oldu.

Bir dəfə Adriano relslərin üzərinə uzanıb qatarın gəlməsini gözləyib. Qadın ərinin qalxmasını xahiş etsə də Adriano qalxmayıb. O, yalnız Klaudiya hönkürüb ağladıqdan sonra, qatarın ona çatmağına bir neçə metr qalmış ayağa qalxıb.

Bir dəfə isə aktyor gələcək rolunun sözlərini öyrənmək üçün şəhərin mərkəzində tıxac yaradıb.


1970-ci ildə Adriano Çelentano həyat yoldaşı ilə San-Remo festivalında mahnı oxuyub, o mahnı ona qələbə gətirib. Uzun illər "İşləməyən sevmir” mahnısı şlyager, Çelentano isə italyan publikasının ən sevilən ifaçılarından oldu.  

Adriano Çelentano qadınların çox xoşuna gəlirdi və onun kənarda romanları var idi. Ən məşhur romanı isə o, Ornella Mutti ilə yaşayıb. Aktrisa öz əri ilə boşandı və eyni hərəkəti Çelentanodan da gözlədi, amma öz arvadını atmağa hazırlaşmırdı. 

Öz müsahibələrində Klaudiya deyirdi:

 "Təsadüfi xəyanət ayrılmaq üçün səbəb deyil. Onu bağışlamaq olar. Kişi üçün isə təsadüfi əlaqələr – mexanik üçün yeni avtomobilin baxışı kimi bir şeydir”. 

Bir müddət sonra aktyor ailəsinə qayıtdı və ictimaiyyət qarşısında arvadı və uşaqlarından üzr istədi.

İndi cütlük Milandan 100 km uzaqlıqda şəxsi villasında yaşayır. Onlar səs-küylü gecələri sevmirlər və ictimaiyyət içinə nadir hallarda çıxırlar.