adalet.az header logo
  • Bakı 19°C
26 Fevral 2018 13:01
16968
MARAQLI
A- A+

26 fevralda ən önəmli hadisələrin xronologiyası

Adalet.az saytı sizə 26 fevralda baş verən ən önəmli hadisələrin xronologiyasını təqdim edir/

Dünyada

1991 — Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib.

1993 — Nyu-Yorkda yerləşən "World Trade Center"in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb.

2001 — Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv edib. Bu hadisə böyük diplomatik böhran yaradıb.

2004 — ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib

Azərbaycanda

1926 — Bakıda I Türkoloji qurultay işə başlayıb.

1992 — Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədib.

1992 — Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurmuşdur.

1998 — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın "MİTSUİ" Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb.

2003 — Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında "Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş" imzalanıb.

Doğumlar

1802 — Viktor Hüqo - fransız yazıçı.

1864 — Əli bəy Hüseynzadə - Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi.

1954 — Rəcəb Tayyib Ərdoğan - Türkiyə Respublikasının 12-ci prezidenti.

Ölümlər

1992 — Əlif Hacıyev, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi.

1992 — Ələsgər Novruzov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Tofiq Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Araz Səlimov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Natiq Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı.

2004 — Boris Trajovski, Makedoniya Respublikasının prezidenti, Bosniya və Herseqovinada təyyarə qəzası nəticəsində həlak olub.