adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Fevral 2018 11:42
19957
MARAQLI
A- A+

Səudiyyə Ərəbistanında qadınlar əsgərlik çəkə biləcək

Səudiyyə Ərəbistanında ölkə tarixində ikinci dəfə qadınların hərbi xidmət keçmələrinə icazə verildiyi elan olunub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq əsgər olmaq istəyən qadınların elektron ərizələrinin qəbuluna başlanılıb.

Müraciət edəcək namizədlərin ən azı lisey məzunu olması mütləqdir. Bundan başqa namizədlər mütləq Ər-Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Əl-Baha, əş-Şərqiyyə şəhərlərində yaşamalıdırlar.

Əsas şərtlərə namizədlərin Səudiyyə Ərəbistanı təbəəsi olması, 25-35 yaş arasında olması, ən azı 1.55 santimetr boyu olması, hər hansı bir dövlət qulluğunda işləməməsi və başqa dövlətin vətəndaşı ilə evli olmaması da daxildir. Ərizələrin qəbulu cümə gününə kimi davam edəcək.(modern.az)