adalet.az header logo
  • Bakı 20°C
25 Fevral 2018 12:08
9818
İDMAN
A- A+

Güləşçilərimiz erməni rəqiblərini məğlub etdilər

Azərbaycan idmançıları Kiyevdə keçirilən Yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

Turnirin ikinci günündə güləşçimiz İslam Abbasov yarımfinal görüşündə ötən ilin dünya çempionu olan erməni güləşçini 9:6 hesabı ilə məğlub edərək finala yüksəlib.

Yunan-Roma güləşi üzrə 82 kq çəkidə yarışan digər idmançımız Elvin Mürsəliyev də erməni rəqibini məğlub edərək turnirin bürünc medalını qazanıb.