adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Fevral 2018 17:22
10915
İDMAN
A- A+

Rüstəm Orucov “Böyük dəbilqə”də ermənini məğlub etdi

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük dəbilqə” turnirində yarımfinala vəsiqə qazanıb.

Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançımız 1/16 finalda avstraliyalı Ceyk Benstedi, səkkizdəbir finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib. R.Orucov dörddəbir finalda ermənistanlı Ferdinand Karapetyana heç bir şans verməyib.

Qeyd edək ki, təmsilçimiz yarımfinalda İqor Vandtke ilə qarşılaşacaq.