adalet.az header logo
  • Bakı 11°C
24 Fevral 2018 16:48
14704
KRİMİNAL
A- A+

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.