adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Fevral 2018 14:38
11680
SİYASƏT
A- A+

Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.