adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2018 11:30
7873
MƏMLƏKƏT
A- A+

Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.