adalet.az header logo
  • Bakı 20°C
24 Fevral 2018 00:31
20983
ƏDƏBİYYAT
A- A+

Qardaşım Arif!

Qəlb çırpıntılarını, ürək döyüntülərini, həyata baxış və müşahidələrini gəldiyin qənaət və nəticələrini özünüzə xas, təbii və anlaşıqlı bir dillə oxuculara çatdırmaq istədiyimiz könül dünyanız - "Zaman hara tələsir?" adlı 200 səhifədən artıq şeir kitabınız qarşımdadır.
Xəyal məni çox uzaqlara - uzaq keçmişə - 1971-1973-cü illərə - orta məktəb illərinə apardı. Xatirələr çözələndi... Bütün olub-keçənlər bir kino lenti kimi gözlərim önünə gəldi, amma ötüb keçərdi. Bir az kədərli, bir az nəmli gözlərimdə donub qaldı...
Qoynunda uşaqlığımız keçən, təhsil aldığımız, hər birimizin bir müqəddəs ocaq bildiyimiz Tatlı kənd orta məktəbi... Nurlu simaları heç vaxt gözlərimizdən getməyəcək, mehriban və qayğılı səsləri heç vaxt yaddaşımızdan, hafizəmizdən silinməyəcək. Valideynlərimiz qədər sevdiyimiz müəllimlər - o böyük insanlar...
Bu gün hər birini çox böyük arzu ilə görmək istədiyimiz məktəb yoldaşlarımız... Voleybol, futbol oynadığımız... Bəzən də o dövr üçün xarakterik olan uşaq düşüncələri... məhlə-məhlə davaları...
Küsü saxlamayıb səhərisi barışdığımız... Çayçı Zahid dayının dünyanın ən böyük restoranlarından üstün bildiyimiz balaca çayçısı... Bizim üçün ayrılmış iki stolluq darısqal və zəif işıqlı bir yer... Oradakı korjik, bulka, pryannik qonaqlığı və s...
...Bunlar nə gözəl çağlar idi... Kaş o anlar geriyə dönəydi. Dönüb bir də uşaq olaydıq. Olaydı....
Bu "Olaydı" sözü felin arzu formasıdır. Təbii ki, bütün arzular çin olmur. Bizə qalır təəssüf.
Xəyal məni o qədər uzaqlara - acılı-şirinli o çağlara apardı ki, indi özümə gəlib o xatirələrdən ayrıla bilmirəm. Cismən XXI əsrdə olsam da özümü XX əsrin 70-ci illərində hiss edirəm.
Romantikanı sevsəm də, orta məktəbdə tarix fənnindən rəhmətlik Cahangir müəllimin öyrətdiyi Robert Quen, Şarl Furye və Sen Simon kimi utopist də deyiləm.
Arif, bilirəm, bu cümlələri oxuyanda mənə güləcəksən. Düşünəcəksən ki, Əli gör özünü kimlərə müqayisə edir? Qardaşım, nə desən haqlısan, sən düz. Adları çəkilən o insanlar hər biri tarixi şəxsiyyət olaraq çox böyük amal sahibləri olmuşlar. Amma nə edim ki, bu belədi. Qələm əlimdə, vərəq qarşımda, özüm də tək, yanımda bir kimsə yox. Sən sevin ki, sənin məktəb yoldaşın, qardaş bildiyin bu insan nə yaxşı ki, Allaha çox-çox şükürlər olsun ki, özümü Nizami, Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Bəhmən Vətənoğlu, Əliağa Vahid kimi dahilərlə. İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Barat Vüsal və başqa nəhənglərlə - söz adamları ilə özünü müqayisə etməyib. Yoxsa sənin o şirin nəvələrin bu sətirləri oxuyub orda sənə mənim kimi bir qardaşın, məktəb yoldaşın olduğu üçün doyunca gülərdilər. Deməyə də söz tapmazdın. Düz sözə nə deyəsən?
Ayə, a qağa, sən uşaqlıqda fağır deyildin. İndi nə sakit oturubsan belə? Ayə, niyə demirsən ki, Əli, daha bəsdi, mənnən ziyan yoxdu, bir təhər mən dözəcəm, bu camaata yazığın gəlsin. Türklər demiş: - "Kəndinə qayıt". Yorma bu milləti. Mətləbə keç.
Həə..., ə, qardaş!
Gec də olsa, özümə gəldim. Özüm normal, fikirlərim sağlam. İndi ayıq başla, böyük həvəslə xəyallardan və məktəb yoldaşım Musayev Arif Oruc oğlundan ayrılıb, şair Arif Musazadənin "Zaman hara tələsir?" kitabı ilə ünsiyyət qurmağa çalışıram.
İlk öncə kitabın adı - "Yaman hara tələsir" adlanması ilə bağlı beynimdə çoxlu suallar doğdu. Çox keçmədən yadıma düşdü ki, kitabın məsləhətçisi, Arifin də, mənim də ədəbiyyat müəllimimiz olmuş Vaqif Əlinin də mənim redaktorluğumla çapdan çıxmış, akademik Nizami Cəfərov və tanınmış şair Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalın ön söz yazdığı kitabın da adı "Zaman neyləsin"dir. Düşündüm ki, Arif Musazadə öz müəllimi Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Əliyə hörmət əlaməti olaraq kitabının adını onun kitabının adına uyğunlaşdırmağa çalışıb.
Bundan əlavə, həm də kitabın məsləhətçisi kimi şair Vaqif Əlinin imzasını görəndə tam yəqin etdim ki, Arif Musazadənin kitabının adı elə mənim düşündüyüm kimidir.
Amma kitabı vərəqləyəndə, xüsusən də "Zaman hara tələsir" şeirini oxuduqdan sonra fikrimdə yanıldığımı başa düşdüm. Hər iki şeirin adlarında qismən də olsa oxşarlıq olsa da, deyim tərzi, ifadə və məna çalarları baxımından tamamilə fərqli və ayrıdırlar.
Arif Musazadə "Zaman hara tələsir?" ritorik sualla oxuculara müraciət etsə də, özü yeri gəldikcə bu fəlsəfi suala tutarlı və inandırıcı şəkildə cavab verir.
Arif Musazadənin oxuculara təqdim olunan "Zaman hara tələsir?" kitabında 141 şeir, 76 bayatı cəmləşib.
Onun vətənpərvərlik mövzusunda yazdığı şeirlərində Vətənə məhəbbət, torpağa bağlılıq, dostlara sədaqət, düşmənə nifrət, anaya sevgi kimi bəşəri hislər öz əksini tapmışdır.
"Azərbaycanım", "Elim Həsənsu", "Ağstafa", "Sevək Vətəni", "Tatlıdanam mən" şeirləri bu qəbildəndir.

...İgidlərin daim sadiq əhdinə,
Arif, vaxtdır, gedək qalaq qeydinə,
Qarabağın çox uzanan dərdinə,
Ağrıyır ürəyim, qaralır qanım,
Dünya biganədir, Azərbaycanım!

"Azərbaycanım" şeirindən

...Mənə çox doğmadır çölün, çəmənin,
Sən bir parçasısan ana Vətənin,
Hazıram yolunda can qoyum sənin,
Arifin belədir amal, arzusu,
Ey gözəl diyarım, elim Həsənsu!

"Elim Həsənsu" şeirindən

...Tatlı Yaradullu qədim ellərin,
Eynallı, Köçəsgər, iki Göyçəli,
Dar gündə tutarlar bir-birin əlin,
Bu eldə etibar, var əhdə vəfa
Qeyrət ocağısan bil, Ağstafa.

"Ağstafa" şeirindən

...Qarabağ adında böyük bir dərdim,
Dünyada nəyim var ona verərdim,
Mən onun yolunda candan keçərdim,

aləmə işıqlandırır. Bax kamil insanlar da bu nisbətdəndir. Onlar cahil insanları cəhalət və zəlalətdən qurtarmağa xidmət edər məqamı eşqə yüksələrək cənnət əhli sayılarlar.
Kamil insanın söhbətindən doymaq, hərəkətindən incimək olmaz. Fikrimizi bir az da açıq desək, başa düşərik ki, doymaqla artıqlıq, qədərindən çoxluq var. Kamil insan da qədərindən çox və artıq bir söz belə deməz ki, qarşıdakı insan, onu dinləyən şəxs də yorulsun.
O ki qaldı hərəkətindən inciməyə, inciməkdə incidilmək, ağrımaq, narazı qalmaq, sinirlənmək, ovqatın təlxliyi var. O, bunları bildiyindən hərəkətlərində naqisliyə yol verməz.
Əziz dost, bu qədər yetər. Gələn söhbətimizdə də cahil insan kimdir fikrimizi bölüşərik. Di siz sağ, mən salamat.
Dostum, Siznən söhbət etmək, bir az yüngülləşmək istəyirəm. Amma bilmirəm nədənsə haradan başlayım.

Bir əlində mey dolu cam,
Gəlib getdi qoca Xəyyam.
Mən də sizdə bir qonağam,
Mənim dünyam, mənim dünyam.

Amma dünya nə mənim, nə sənin, ev də heç kimin.

Əzizdir hər qarış çölü, çəməni,
Qoruyaq torpağı, sevək Vətəni.

"Sevək Vətəni" şeirindən

...Arif, de, nə qədər gəlir nəfəsin,
Qapısın döyənə açan süfrəsin,
Yetişən hayına, dostun, hər kəsin,
Verdiyi söz üstə canından keçən
Əhdə sədaqətli Tatlıdanam mən.

"Tatlıdanam mən" şeirindən

Arifin bayatılarında da eynən bu fikir, bu hislər bir qırmızı xətt kimi keçir və doğma Azərbaycanımızın əsrarəngiz təbiəti, füsunkar gözəllikləri sevə-sevə təsvir olunur, təbii yeraltı və yerüstü sərvətləri, bol nemətləri, mərd və igid oğulları qız-gəlinlərimizin gözəlliyi, analarımızın sədaqət və qeyrəti, başı papaqlı, çiyni yapıncılı, beli patrondaşlı, kəhər atlı babalarımızın tarixən düşmənə qarşı cəsarətlə döyüşdükləri, bugünkü ordumuzun mərdlik və sücaəti əks olunur.
Fikrimizin təsdiqi kimi aşağıda verilmiş bayatılara diqqət edək:

Mənim kəndim Tatlıdır,
Bağlıdı, bağatlıdı.
Tək üzüm, armud deyil,
Hər meyvəsi dadlıdı.

Əzizim, Ballı qaya,
Zirvəsi baxar aya.
Elə məğrur dayanıb,
Düşməni almır saya.

"Qələmçə"də qalacam,
Yenə məskən salacam.
Çox öyünmə, ay dığa,
Səndən heyfim alacam.

(Ardı var)
Əli Səmədoğlu