adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Fevral 2018 00:17
33013
LAYİHƏ
A- A+

QAX: ÜZÜ BAHARA DOĞRU

(əvvəli ötən saylarımızda)

Hesabat ilində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək Şəki-Qax-Zaqatala magistral yol kənarlarında 780 ədəd, inzibati ərazi dairələrində isə 3500 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 151.5 hektar sahədə fındıq bağı və 18.5 hektar sahədə meşə əkini aparılmış, 1.8 hektar sahədə tinglik salınmış, müvəqqəti tinglik sahələrində isə 355 min ədəd əkin materialı yetişdirilmişdir. Hesabat ilində meşə qanunvericiliyinin pozulması və meşə sahələrinə qanunsuz müdaxilərlə bağlı 6450 manat məbləğində cərimə hesablanmış, həmin vəsaitin 5500 manatının ödənilməsi təmin olunmuşdur.
İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərində və xüsusi mühafizə olunan təbiət ərazilərilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir. Hesabat ilində vətəndaşlar tərəfindən qoruq və yasaqlıq ərazilərində mühafizə rejiminin pozulması, bu və ya digər qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı 10 protokol tərtib edilərək 9064 manat məbləğində cərimə tətbiq olunmuş və həmin vəsaitin 8212 manatının Qoruğun xüsusi fonduna keçirilməsi təmin olunmuşdur.
1 yanvar 2018-ci il tarixə rayonda 22314 baş iribuynuzlu mal, o cümlədən 11345 baş ana mal, 65238 baş qoyun-keçi, 107403 baş müxtəlif növ ev quşları və 9166 arı ailəsi mövcud olmuşdur. Hesabat dövründə 3 özəl inkubatorda 300 mindən artıq birgünlük cücə çıxarılaraq əhaliyə satılması təmin olunmuşdur.
İl ərzində həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2016-cı illə müqayisədə ət istehsalı 7.4 ton artaraq 3019.8 tona, süd istehsalı 48.7 ton artaraq 15985.4 tona, yumurta istehsalı 12.0 min ədəd artaraq 7 milyon 895 min ədədə, yun istehsalı 0.1 ton artaraq 126.9 tona çatmışdır.
Hesabat dövründə rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 436 nəfər məzundan 280 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və 177 nəfər tələbə adını qazanmışdır. Onlardan 17 nəfəri 600-dən çox, 48 nəfəri isə 500-700 arası bal toplamışdır.
"Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirinin müvafiq əmrlərinə uyğun olaraq 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilə cəlb olunması məqsədi ilə rayonun 18 ümumtəhsil məktəbində 19 məktəbəhazırlıq qrupu fəaliyyətə başlamış və qruplara 344 uşaq cəlb edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən hesabat ilində rayonda 4 məktəbdənkənar təhsil müəssisəsi birləşdirilərək iki müəssisə - Uşaq Gənclər Şahmat Məktəbi və Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılmışdır. 2017-ci ilin noyabr ayında "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində rayonun ümumtəhsil məktəblərində təhsil alan 40 nəfər IX-XI sinif şagirdi Lənkəran-Masallı-Astara marşurutu üzrə respublikamızın cənub bölgəsinə ekskursiya etmişlər.
Hesabat ilində rayon Mərkəzi Xəstəxanasının 110 nəfər həkim və 395 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevralın 15-dən may ayının 15-dək rayonda əhalinin 18 yaşdan yuxarı 42730 nəfərdən 40546 nəfərinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur. Müayinə zamanı 4917 nəfər ambulator, 62 nəfər stasionara cəlb olunmuş, 9 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
İl ərzində cərrahiyyə şöbəsində 554 əməliyyat aparılmışdır ki, bunlardan 57-si təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. Rayon üzrə il ərzində 0-1 yaşa kimi 3, 1-5 yaş arası 1 və 5-17 yaş arası isə 1 uşaq ölümü qeydə alınmışdır. Hesabat dövründə 22 nəfər həkim və 42 nəfər orta tibb işçisi ixtisasartırma kursunda olmuşdur.
Hesabat dövründə 196.4 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 123.3 min manatlıq dərman preparatları verilmişdir. İl ərzində rayonda ilkin olaraq 19 nəfər vərəm, 114 nəfər diabetli xəstə və 109 nəfər onkoloji xəstə qeydə alınmışdır. Hesabat ilində Rayon Mədəniyyət və Turizm şöbəsi Bakı şəhəri Dənizkənarı Milli Parkda keçirilən "Novruz" şənliklərində iştirak etmiş, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən "Novruz festivalında" Rayon Uşaq İncəsənət məktəbinin "Tumurcuq" rəqs kollektivi və Əlibəyli kənd mədəniyyət evinin "Pesvebi" rəqs qrupu uğurla çıxış etmişdir.
İ.Dağıstanlı adına xalq teatrı Akademik Milli Dram teatrın səhnəsində II Respublika Xalq teatrları festifalı çərçivəsində Ü. Hacıbəylinin "Ər və arvad" tamaşası ilə çıxış etmişlər.
Regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən hər il sentyabrın 15-i respublikamızda kino mövsümünün başlanğıc günü kimi qeyd olunur. Bu münasibətlə hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Mədəniyyət Mərkəzində Azərbaycan filmləri nümayiş etdirilmişdir.
Bakı şəhərində keçirilən "İslam sivilizasiyası uşaqların gözü ilə" II Respublika rəsm müsabiqəsində Uşaq İncəsənət məktəbinin şagirdlərindən 2 nəfəri ikinci dərəcəli diplom, 1 nəfəri üçüncü dərəcəli diplom, 2 nəfəri isə Fəxri Fərman və pul mükafatlarına layiq görülmüşdür.
Qax turizm potensialına malik olan rayonlarından biri olduğundan hər il rayona gələn turistlərin sayı artmaqdadır. Belə ki, hesabat ilində rayonda 43383 nəfər turist istirahət etmiş, bu da 2016-cı illə müqayisədə 17079 nəfər çox olmuşdur. 2017-ci ildə rayona gələn turistlərin 40124 nəfəri yerli, 3259 nəfəri isə xarici turist olmuşdur.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi özündə 33 kitabxana filialını birləşdirməklə kitab fondu 4 dildə komplektləşdirilmiş və 305 min nüsxədən ibarətdir. İl ərzində kitab verilişi 371 min nüsxə, oxucu sayı 17 min nəfər olmuşdur ki, onlardan da 1000 nəfəri virtual oxucudur.
Tarix-Diyarşünaslıq Muzeyində tədbirlər planına uyğun olaraq il ərzində 23 stasionar və 5 səyyar sərgi keçirilmiş, muzeyə gələnlərin sayı 8700 nəfər olmuşdur.
Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun Qax Rayon Şöbəsi üzrə yaşa görə 222 nəfərə, əlilliyə görə 129 nəfərə, ailə başçısını itirməyinə görə isə 16 ailəyə əmək pensiyası təyin olunmuşdur. Pensiyanın 1 nəfərə düşən orta aylıq məbləği 186.03 manat təşkil etmişdir. 01 yanvar 2018-ci il tarixə şöbə üzrə ümumilikdə 8514 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.
"Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq şöbədə hesabat ilində 130 nəfərə yaşa görə, 91 nəfərə əlilliyə görə, 20 nəfərə ailə başçısını itirməyinə görə və 21 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa aylıq müavinət təyin olunmuşdur. Müddət ərzində uşağın doğulmasına görə 769 nəfərə, penitensiar xidmətdən azad olunan 18 nəfərə, dəfn üçün 349 nəfərə və 14 nəfər Çernobıl əlilinə birdəfəlik müavinət verilmişdir. 01 yanvar 2018-ci il tarixə şöbə üzrə 115 ünvanlı sosial yardım işi hərəkətdə olmuş, 1 ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 138.23 manat təşkil etmişdir.
Hesabat dövründə Qax Rayon Məşğulluq Mərkəzində 793 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 80 nəfərə isə işsiz statusu verilmişdir. 01 yanvar 2018-ci il tarixə mərkəz üzrə işsiz statusu olanların sayı ümumilikdə 143, mərkəzdə işaxtaran kimi qeydiyyatda olanların sayı isə 1054 nəfər olmuşdur. Mərkəz tərəfindən iyun ayında keçirilmiş Əmək yarmarkasında 340 nəfər vətəndaş iştirak etmiş, onlardan 52 nəfərinə iş yerinə göndəriş verilmişdir.
Göründüyü kimi, Qax bütün mənalarda üzü bahara doğrudur. Baxmayaraq bu rayonun bir-birindən 30-35 km məsafədə yerləşən İlisu, Sarıbaş kəndlərindəki yamacların qarı əriməmiş Qıpçaqda, Almalıda... ağacların çiçəyi çırtlayır. Elə bu mənzərənin özü də bu yerlərin əsl təbiət möcüzəsidir. Qeyri-adi ovqat yaradan, duyğulandıran şahanə bir gözəllik...