Əbülfət MƏDƏTOĞLU: HƏRƏKƏTSİZLİKDƏKİ HƏRƏKƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
48824 | 2018-02-23 17:04

Təbii ki, hərhansı bir hərəkət ilk addımdan başlayır. İstəyir fiziki mənada olsun, istəyir məcazi.Və o addım da özü ilə birlikdə həmin o hərəkətin qatarını çəkib gətirir, dahadoğurusu, vaqonlarını. Axı o, lokomotivdi! Deməli, həyatımızın özü də hardasa günlərbaxımından vaqonları xatırladırdı mənə. Yəni hər günüm bir vaqon olaraq qoşulurbir-birinə. Öndə gedən isə təbii ki, arzuların, istəklərim, əqidəm, məsləkim,inancım və bir də ki, təbii ki, sevgim! Bax, bunlar məni hərəkətə gətirən, məninizamlayıb mənə yaşam stimulu verən gerçəkliklərdi.

Doğrudur, bugerçəkliyin acı, ürək sıxan, könül bulandıran məqamları da olur. Bir də ki,vaqonlardakı bütün sərnişinlər hamısı şirindil olmur ki... Bir də görürsən ki,kimsə bütün vaqonun əhvalını pozur. Və bu pozulan əhval da qarşısı alınmayandavaqonların hamısına keçir. Bir də baxıbgörürsən ki, günün özü dilxorçuluqla başa çatır. Neyləmək olar, elə həqiqət dəbudur da. Hər gün toy-bayram olsa ondan da bezərik. Çünki insan bir varlıqolaraq həmişə narazıdı, həmişə nəyinsə ardınca qaçan, gedəndi. Yəni günü-gündənmaraqlı, günü-gündən uğurlu olmasını, məhz günün onun istəyinə uyğunölçülüb-biçilməsini istəyir. Ona görə də rəngarənglik çıxır ortaya - bizi həmsevindirən, həm də dilxor edən rəngarənglik...

Mən zaman-zamandüşünüb sonda elə bir nəticəyə gəlib çatdım ki, "hər kəs öz günününsahibidi” ifadəsi o qədər də doğru deyil. Çünki hər kəsin öz gününə sahibolması istəyi başqa kəslərdən də keçir. Və bir fərd ətrafında olan camiyənin içərisindəözünün bütün istəklərini gerçəkləşdirə bilməz. Olar ey, ayda-ayanda bir dəfə.Ya hamıya qarşı getməklə, ya da hamının könlünü ələ almaqla. Bu da əvvəldədediyim kimi, üç ayda, beş ayda bir dəfə ola, ya olmaya. Necə deyərlər,"Üç gündən bir, beş gündən bir" mahnısında olduğu kimi. Və...

Hə, bütünbunları ona görə xırdalayıram ki, sonvaxtlar yaşadıqlarım məni özüm də istəmədən müəyyən addımlar atmağa, müəyyən hərəkətlərietməyə yönəldib, istiqamətləndirib. Bunun damarında daha çox zor dayanıb, təzyiqdayanıb. Yəni mən istəmədən, arzu etmədən məcburi bir formada həmin addımlarıatmışam, həmin qərarları qəbul etmişəm. Təbii ki, özüm qəbul etdiyim, özümatdığım addımların acısı, da şirini də mənim özümə aid olub. Bu acılı-şirinliömrün həmin o acılı-şirinli parçası da gözlərim önündə elə məqamları sərgiləyirki, onlar bəlkə də mənim heç xəyalımdan da gəlib keçməmişdi. Və mən heç yuxudada görməmişdim ki, nə vaxtsa bu addımları atmaq zorunda qalacam. Görünür, eləbu səbəbdəndir ki, müdrik bir kəlam söyləyiblər. Dədələr deyib ki, sənsaydığını say, görə fələk nə sayır!..

İndi mənə aydınolur ki, çiling-ağac oynadığım fələk məndən daha güclüdür. O, istədiyi məqamda,istədiyi hökmü verə bilir, istədiyi yazını silir, cırıb atır, əvəzində istədiyirənglə istədiyi yazını yazır. Deməli, bunu bilənlər öz həyatlarının gerçəyinəsöykənib deyiblər gör fələk nə sayır. Mən isə görə bilməmişəm həmin o son məqamaqədər, son yaşantılara qədər fələyin saydıqlarını. Ona görə də içimdə birqırıqlıq yaşamışam... Ürəyimin çatverdiyi fikrimin, diqqətimin pərən düşdüyünü yaşayandan sonra gec də olsa ağbayraq qaldırmışam fələyin önündə. Amma bütün ümidlərimi qırmadan, öldürmədən...bütün istəklərimin üzərindən xətt çəkmədən. Axı mənim güvəncim, daha doğrusu,güvəndiklərim daha güclüdü, daha qətiyyətli və daha ədalətlidi. Bunlar ucaTanrım və bir də sevgimin ünvanı olan Sənsən! Ona görə də qaldırdığım ağbayrağın dalğalanması məni növbəti günə o qədər də sızıltılarla, sarsıntılarla aparmayıb. Bilmişəm ki, qarşıdaümid var. Elə o ümid də mənə güvəncli bir səslə "Yaşa!" deyibdi. Məndə o deyilənə söykənib bu misraları kağıza köçürmüşəm,


Gör necə xəyaladalıbdı yenə

Kədəri üstünəsalıbdı yenə...

Ürəyim, baş-başaqalıbdı yenə -

Şaxta qoxusuyla,qar havasıyla...


Günüm günolmayıb, burda, orda da

Əkdiyim, biçdiyimqalıb ortada...

Ümid gəzdirmişəmbir boş torbada -

Çiçək tökümüylə,bar havasıyla...


Bilirəm kökümdənlaxlamışam mən

Ömür kitabımıbağlamışam mən...

Özümü asılısaxlamışam mən -

Həran partlayacaq şar havasıyla...


Aylarım,günlərim çıxıb vərindən

Sonuncu"ah"ımı çəkib dərindən...

Dikəlib,elə bil qopub yerindən -

Qollarımoynayır yar havasıyla...


***

Hə,bütün havalar insan üçün çalınır. Amma təbiətin də bütün havaları insan üçündü.Deməli, hər iki mənada hava sümüyə düşdü-düşmədi, öz işindədi. Onu dəyişməkbizim ixtiyarımızda deyil. Həm də hardasa sevinmək lazımdır ki, bu ixtiyar bizinsanlara verilməyib. Yoxsa bir-birimizin havasını korlaya-korlaya məclislərimizində, dünyamızın da havasını bərbad günə salardıq. Onsuz da toylarda hamıbir-birinin havasına elə oynayır ki, aləm qarışır bir-birinə. Sümüyə düşdü-düşmədi,sifarişçi qalır bir kənarda, toyda hamı oynayır. Buna ironiyayla həmrəylik dədemək olar. Kaş, bütün havalarda belə həmrəy ola biləydik. Axı, bizim eləqayğılarımız, elə dərdlərimiz var ki, orda həmrəylik hava, su kimi lazımdı.Amma neyləyək ki, orda həmrəylik göstərə bilmirik. Onda hər kəs daha çox öz istəyinin,öz havasının ifaçısına çevrilir. Və yeri gəlmişkən, xatırladım ki, elə bu məqamlarınbirində mən yazmışam ki:


Qəribədir qəmində

Gözlərini yaştutur...

Qəm də sankiovcunda -

Vurmaq üçün daştutur...


Dərdlərin görükəni

Qoru, sən bugörkəmi...

Gözlərə də kölgəni-

Kiprik, bir dəqaş tutur...


Hər kəs taleovudur

Bu, şairsöz-sovudur...

Kimi ürək ovudur-

Kimi isə baştutur!..


Bəli, bu da gerçəkdi.Və elə bir gerçəkdi ki, ondan nə üz çevirə bilərik, nə də yan keçə bilərik.Ümumiyyətlə isə gerçəklik, həqiqət bunlar qaçılması, gizlənilməsi mümkünolmayan meyarlardı, qaydalardı, hadisələrdi, məqamlardı, bütövlükdə həyatdı.Ona görə də onların gözünə dik baxmaq, onlarla anlaşmaq hər Allah bəndəsininişi deyil. Və hər Allah bəndəsinin işiolmayan həqiqətin etirafı bəzən ömür bahasına başa gəlir. Bəzən də ömrü mənalandırır.

Bütün bunlar mənimyaşadıqlarımın, şahidi olduqlarımın, oxuyub eşitdiklərimin özümünküləşmiş ifadəsiolsa da, mən bunları özəlləşdirmək hüququna malik deyiləm. Lakin mənim buözümünküləşən anlayışım, yanaşmam kimlər üçünsə də tam mənasında qanunsayılmaya bilər. Axı, hərənin öz baxış bucağı var. Mən də hər kəsə və hər kəsinbaxış bucağına sayğı ilə demək istəyirəm ki, hərəmiz bir iynə ucu boyda həqiqətkeşikçisi olsaq, onda üst-üstə toplanıb və yaxud bir-birinə calanıb dünya boydabir həqiqətin şahidinə çevrilərik. Və dünya boyda olan etiraf edilmiş həqiqət dəbizim ilk addımımızdan tutmuş, bütün hərəkətimiz daxil olmaqla günümüzə,ömrümüzə stimul verər, məna və bu mənanın içərisində də yaşam enerjisinə, mənbəyinətəkan olar...

Doğrudur, bugünün özündə də gerçək, həqiqət kimi görünən, amma əslində isə görüntü olan çoxhadisələr, çox faktlar var. Bunların üstünə getmirəm. Çünki hamının bildiyinisöyləmək, yazmaq heç də nə qəhrəmanlıq deyil, nə də müdriklik. Sadəcə, bir ilməylə onu demək istəyirəm ki,daha doğrusu, naxış vururam ki, həyatın həmin məqamını da yaddan çıxarmayaq.Axı, biz unutmağa meylliyik. Özü də bu meyl gendən gəlir, milli gendən.İtirdiyimiz Göyçə, Dərbənd, Borçalı, Təbrizvə digər ərazilər buna əyani sübutdur. Elə bir sübut ki, qarşısındaancaq hələki susuruq!..

***

Bəli, mən buyazının ana xəttini, yəni onun ifadə edəcəkəsas fikrini lap sona saxladım, özü də bilə-bilə. İstədim ki, hərəkətsizliyiniçindəki hərəkəti də görək, hərəkətin içində hərəkətsizliyi də. İndi düşünə bilərsinizki, bu da hardasa söz oyunudu, sözü sağa-sola fırlatmaqdı. Yox, elə hərəkətiniçərisindəki hərəkətsizliyin özünə diqqət yetirsəniz dediyimlə razılaşarsınız.Görərsiniz ki, biz evdən çıxıb harasa gediriksə, bu, ilk baxışdan hərəkət kimigörünür. Amma getdiyimiz nöqtədə heç nəyi yerindən tərpədə bilmiriksə, heç nəyətəsir etmək gücümüz olmursa, lap dəqiqi nəyisə ölü nöqtədən qaldırmırıqsa, (yaistəyərkdən, ya da gücsüzlükdən - Ə.M.) bunun özü artıq məhz həmin hərəkətin içərisindəkihərəktsizlikdi. O ki, qaldı hərəkətsizliyin içərisindəki hərəkətə, bu artıqvirtuallaşıbdı. Ya mesajla, ya internet vasitəsilə, son vaxtlar isə daha çoxfacebookla gündəmə gəlmək mənə görə hərəkətsizliyin içərisində hərəkətdi.Onunla özünü hərəkətdə göstərirsən, onunla özünə diqqət çəkirsən, onunla özünühəm reklam, həm də antireklam edirsən. Bəziləri buna qara piar da deyir. Ammaadı nə olur-olsun, bir sözlə, bir fikirlə hərəkətsizliyin içərisində hərəkətetməkdi, yaratmaqdı bu.

Elə mən də buyazıyla həmin o hərəkətsizliyimin içərisində hərəkətimi ifadə etməkdə qərarlıyam.İstəyirəm ki, indi bir şeirlə sizi və xüsusilə onun yaddaşını bir balaca silkələyim.Bir iynə ucu işıq saçım həmin o düşüncələrə. Və siz də, xüsusilə, mənim hərəkətdə olduğumu hissetdin, duyun və bilin.


Bu sabahı açmağa

Qucağınaqaçmağa...

Lap quş olubuçmağa -

Bil, ürəyim təşnədi...


Örpək ucu didməyin

Nazla gəlib getməyin...

Sinəmi yol etməyin-

Kor bəxtimə düşmədi!..


Çox istərdim güngörək

Soruşmağa nə gərək?!

Sənin üçün bu ürək-

Bilirəm ki, heçnədi!..


Bax, belə! Mənindi tam mənada anlayıram ki, istənilənfikrə qulp qoymaq, istənilən fikri yönəltmək və ən vacibi isə istənilən qəlbisevindirmək və yaxud sındırmaq mümkündür. Bax, bu əminlik hissiylə də, hətta qəlbimisındıranlara da qəlbinizi "qoruyun!" deyirəm. Axı, o qəlbdə siz kimlərisə yaşadırsınız. Qəlbinizdəolanların sınmağından qorxun!..


TƏQVİM / ARXİV