adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2018 15:17
23198
MƏMLƏKƏT
A- A+

BXA-da Xocalı qətliamı qurbanlarının xatirəsi anılıb

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımqurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Xocalı faciəsi haqqında danışaraq,erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirlidiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib:”Xocalı qətliamı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir”-deyə professor qeyd edib. Rektorun çıxışından sonra akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas(kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, "Ağla Şuşam Ağla”, ” Qərənfil”, milli rəqslərini "İki qəlbin dastanı”baletini ifa ediblər.

Daha sonra isəXocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Leonid Markoviç Kraveçin iştirakı ilə Ukraynada yaşayan azərbaycanlıların birləşmiş diaspor təşkilatının Xocalı Faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Tədbirin sonunda isə akademiya tələbələrinin Xocalı qətliamından bəhs edən rəsm əsərlərinin sərgisi keçirilib.