FAİQ QİSMƏTOĞLU: BİRYUMRUĞA...

FAİQ QİSMƏTOĞLU
47266 | 2018-02-23 13:08

...Hava həddindən artıq çox istidi. Biz tərəflərdə yay həmişə belə keçir. Xüsusəndə iyun, iyul, avqust ayında adam az qalır istidən ürəyi partlaya. Ammabizmikilər bu cür istiyə artıq çoxdan alışıblar. Hətta Əli kişi bu isti havada əlinədəryaz götürərək həyətdəki yoncanı elə gözəl, elə səliqə ilə çalır ki, onunözündən çox, kənardan baxana ləzzət eləyir. Yoncanın da ətri ətrafa yayılır. Buyonca bu isti gündə yenə öz ətrini itirmir...

Bizuşaqlar həmişə Əli kişiyə heyranlıqla baxırdıq. Çünki o, başqa yaşlı adamlardanfərqli olaraq heç vaxt ot çalmaqdan yorulmazdı. Biz balaca uşaqlar Əli kişininot çalmağına çox həvəslə baxardıq və sonra da otu çalıb qurtaranda həyatyoldaşı Bilqeys arvadı səsləyərdi:

-Ay Bilqeys, ay Bilqeys, o termosu gətir bura!

Bilqeysxala da termosu gətirib qoyardı Əli kişinin yanına, Əli kişi də ləzzətlətermosdan çayı qalın stəkana süzərdi. Və sonra da qapqaynar çayı yavaş-yavaşyox, elə su kimi içərdi. Görürdü ki, biz də ona baxırıq və o dəqiqə deyərdi:

-Ürəyinizdən keçir, gəlin Bilqeys xalanızın termosda dəmlədiyi çayı siz də için.Görün nənəniz yaxşı çay dəmləyir, yoxsa xalanız?

Vəbiz uşaqlar da gələrdik Əli əminin yanına, o çaydan içərdik. Və sonra da Əlikişi yenə də ağacın altındakı kölgəlikdən ayağa qalxar, dəryazı götürüb yenə səliqəilə yoncanı çalmağa başlayardı. Bizim kənddə heç kim Əli kişi kimi qəşəng otçala bilmirdi...

Ondabiz orta məktəbin 9-cu sinfində oxuyurduq. Bir qayda olaraq tez-tez qoyun növbəsinəgedirdik. Bizim də qapımızda nə az, nə çox 10-15 qoyun vardı. Və o qoyunları dadigər qonşuların sürüsünə qatardıq. Və bu sürü də çoxalıb olardı 400-500 qoyun.400-500 qoyunu da hər gün bir adam otarardı. Günlərin bir günündə də növbə gəlibçatdı bizə. Böyük qardaşım Gəncədə Pedoqoji İnstitutunun tarix fakültəsindəoxuyurdu, balaca qardaşım da heç vaxt saqqalı ələ verən deyildi. Yəni belə biriş olanda, o dəqiqə aradan çıxardı və ilim-ilim itərdi. Deməli, yenə yük mənimüzərimə düşürdü. Və mən də aydı iki-üç dəfə qoyun növbəsinə gedirdim...

...Bir gün də qoyun növbəsinə gedəndə hava həddindən çox isti idi. Göydən əməlli-başlıod yağırdı. Qoyun sürüsünü götürüb apardım "Selbasan" deyilən yerə.Orda qoyunlar bir az otalyandan sonra istidən kölgəli yer axtarırdılar. Bizim dəkənddə ən kölgəli yer beş çinarın bir-birinə söykəndiyi məhlə idi. Və bu beşçinarın eni hardasa 10-12 metrə çatırdı. Hündürlüyü isə 50 metrdən artıq idi.Horadiz şəhərindən Bəhmənlidəki o çinarı aydın görmək olurdu. Və Horadizlə Bəhmənlininarası 25 km çatır...

Həttakənddə həddindən artıq isti olanda çoxları gəlib bu çinarın yanında domino, nərdtaxtaoynayırdı. Domino, nərdtaxta oynayanlar adətən axşam sərini gəlirdilər. Çinarınikisi isə zastavanın həyətində idi. Həmin yerdə əsgərlər talvar düzəltmişdilər.Talvarda hava həddindən çox isti olanda əsgərlər ora qalxıb yatırdılar. Bir dəfəmöhkəm külək əsmişdi, çinarın biri də aşmışdı. Onda əsgərlərdən biri ağıryaralanmışdı. Onu da apardılar Xankəndinə, orda dünyasını dəyişdi. Sonradan həmintalvarı sökdülər...

...Qoyunlar lap istidən birtəhər olmuşdular. Elə özləri başını aşağı salıb kölgəliyətərəf gedirdilər. 15 dəqiqədən sonra bütün sürü kölgəliyə çatdı və qoyunlar sərinliyihiss edib rahatca orda uzandılar. Bizdən bir neçə yaş balaca olan uşaqlar:Elxan, Mirələm, İslam, Nazim, Gəncalı çinarın kölgəsində sərinləyib "xoşmətə"oynayırdılar. "Xoşmətə" də beş-altı daşdan ibarət idi. Yığardılardaşları balaca bir oyuq yerə başlayardılar oynamağa. Uşaqların başı bu oyunaqarışmışdı.

...Birdən Lətif kişinin qara eşşəyi çinarın kölgəliyinə gəlib çıxdı. Və bu qaraeşşək başladı bir-bir qoyunların quyruğunu gəmirməyə. Bir qoyunun quyruğunu gəmirdi,onun yeri qanamağa başladı. Təzədən bu qara eşşək o biri erkəklərin quyruğunudişlədi. İki-üç erkəyin quyruğunu dişləyəndən sonra gedib bizim qara qoçunquyruğunu gəmirdi. Və qara qoçun quyruğu da qanadı. Axı mən də qoyun növbəsindəyəm.Kimin qoyununa bir şey olsa gəlib yapışacaqdı mənim yaxamdan. Eşşəyi neçə dəfəordan qovmaq istədim, getmədi. Yenə qoyunların quyruğunu dişlədi...

...Dörd dəfə, beş dəfə, axır ki, eşşək məni yığdı boğaza və bezdirdi. Necə hirsəlindimsə,eşşəyin qulağının dibindən bir yumuruq ilişdirdim. Eşşək səndirləyib yerəyıxıldı. "Xoşmətə" oynayan uşaqlar eşşəyin yıxılmağını görüb oyunudayandırdılar. Sonra da dedilər ki, ayə, sən Lətifin eşşəyini vurub öldürdün.Uşaqlardan biri dedi ki, ə, yox ey, eşşək ölməyib. Yenidən hamısı gəlib eşşəyəbaxdılar və gördülər ki, eşşək yerindən tərpənmir, amma gözləri açıqdı. Bu vaxtTubunun oğlu Dilavər gəlib çıxdı. Dedilər ki, sənin eşşəkdən yaxşı başın çıxır.Gör, bu eşşək ölüb, yoxsa sağdı? Tubunun oğlu Dilavər eşşəyə yaxınlaşdı, başınıqaldırdı, amma eşşəyin başı qalxmadı. Sonra da dedi:

-Ayə, bu eşşək çoxdan ölüb!

"Ölüb"sözünü eşidəndə "xoşmətə" oynayan uşaqların hamısı aradan çıxdı. Bircəmən qaldım ortalıqda. Axı bəd xəbərin ayağı yüyrək olur. Heç yarım saat keçmədiki, eşşəyin yiyəsi Lətif kişi gəlib çıxdı. Bir hay-küy qaldırdı ki, gəl görəsən.Ondan-bundan soruşdu, hamı da dedi ki, eşşəyi Qismət kişinin oğlu öldürüb. O,bir söz demədi və susdu...

Birdə gördüm ki, axşam Lətif kişi bizə gəlib. Hər şeyi atama danışıb, kişi də məəttəlqalıb ki, mənim oğlum eşşəyi nə ilə vurub oldürüb. Lətif kişi də bildirib ki,oğlun necə yumuruq vurubsa, eşşəyin gicgahından dəyib. Bax, indi mən qalmışamçıxılmaz vəziyyətdə. Eşşəyin bir balası var, hələ də əmirdi. Qoduğun gözünəbaxa bilmirəm. Qoduğun gözünə baxanda yazığım gəlir...

Əlqərəz,atam soruşdu ki, mən nə etməliyəm? Lətif kişi də dedi ki, 200 manat pul verməlmsən.Kişi də çıxarıb o 200 manatı verdi. Lətif kişi də gedib 200 manata tay eşşəkalmadı, bir motosiklet aldı və o motosikletə də bir araba qoşdu. Yəni eşşəyimotosiklet əvəz elədi. Bəlkə də Lətif kişinin ürəyincə idi ki, mən onun eşşəyinivurub öldürmüşəm. Yoxsa pambıq suvarmaqla200 manat qırağa qoyub motosiklet almaq çox çətin idi...

Lətifkişinin qoduğu böyüyüb eşşək oldu, amma anası kimi qoyun-quzunun quyruğunu dişləmədi.Lakin Lətif kişi istəyirdi ki, o da anası kimi qoyun-quzu dişləsin və biri dəvurub onu öldürsün. Və Lətif kişi də onun qanpulunu alıb özünə bir at alsın. Bir dəfə də bibimoğlu(mamamoğlu) Təbrizlə rəhmətlik Nəsib əmimin briqadir olduğu sarayda pambıq tayasının üstündə bokslaşırdıq. Bir azmənə zərbə atdı, bir az da mən ona yumuruq tulladım və bir də gördüm ki,atdığım yumuruq onun burnuna dəydi. Zərbə necə güclu olmuşdusa, yazığın burnuşişdi, düz bir il burnu əyri gəzdi. Bunu da görən rəhmətlik Nəsib əmim mənə birsöz demədi. Amma Təbrizi saldı təpiyin altına, o qədər çırpdı ki, burnununağrısı yadından çıxdı.

... O vaxtlar rəhmətlikTelli nənəm mənə deyərdi ki, balam, sənin əlin çox ağırdı. Heç bilmirəm arvadalsan, axırı nə olacaq. Gərək o arvad da səni hirsləndirməsin. Birdənyumuruq-zad vurarsan, camaatın qızı o yanlıq olar. Şükürlər olsun ki, 37 ildiailə qurmuşam və yoldaşıma bir çırtma da vurmamışam. Amma qardaşım Elxan eşşəyivurub öldürdüyüm anın şahidi olduğu üçün tez-tez bu məqamı həyat yoldaşımınyadına salır. Və o da deyir ki, mən inanmıram ki, Faiq belə bir adam olsun.Onun qədər mədəni və səmimi, sakit insan çətin tapılar. Qardaşım da deyir ki,bir sözdü də deyirəm...

Bu hadisəniqohumlarımın hamısı bilir. Ona görə də heç kəs məni əsəbləşdirmir və hövsələdənçıxarmır. İki övladım var, onlara da indiyə qədər bir çırtma vurmamışam. Çünkiatam rəhmətlik də mənə bir çırtma vurmamışdı. Əgər atam rəhmətlik mənə birçırtma vurmayıbsa, mən niyə uşaqlarımı döyməliyəm. Elə bircə baxış bəs eləyirki, onlar yolunu azanda qaşım düyünlənsin və uşaqlar da öz yolu ilə getsinlər.Heç özüm də bilmirəm niyə 47 il əvvəl Lətif kişinin vurub öldürdüyüm eşşəyiyadıma düşdü. Lətif kişinin qara eşşəyinin günahı vardı və mən də o günahı bağışlamadım. Allah keçsingünahımdan...


TƏQVİM / ARXİV