adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2018 14:51
11392
İDMAN
A- A+

UEFA-nın yeni reytinqi

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, avrokuboklarda keçirilən 20 oyundan sonra siyahıda müəyyən dəyişikliklər olub.

Cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın da mövqeyi dəyişib.

Ağdam klubu bir pillə geriləyib. 20.500 xalı olan "Qarabağ" eyni xala malik BATE (Belarus) və "Yanq Boyz”la (İsveçrə) birgə 70-ci pilləyə şərikdir.

Digər klublarımızın mövqeyi dəyişməyib. "Qəbələ” aktivindəki 5.250 xalla "Voyvodina” ilə 191-ci pilləni bölüşür. "Neftçi, "Xəzər Lənkəran”, "Keşlə”, "Zirə” və "Kəpəz” 3.825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik "Real” başçılıq edir.