adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Fevral 2018 12:24
8046
GÜNDƏM
A- A+

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

Hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir.

Adalet.az xəbər verir ki, bunu Milli Məclsisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bu gün keçirilən iclasdan sonra bir neçə deputat Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmək üçün səfər edəcək.

O.Əsədov qeyd edib ki, hazırda Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır: "Milli Məclis bu sitiqamətdə müəyyən addımlar atacaq”.