adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2018 12:15
8528
MƏMLƏKƏT
A- A+

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 27-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.


FHN-dən Adalet.az-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında 26 fevral 2018-ci il tarixdə saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.