adalet.az header logo
  • Bakı 16°C
23 Fevral 2018 12:30
12698
KRİMİNAL
A- A+

İki nəfəri vuraraq qaçan sərxoş sürücü tutuldu

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 19-da saat 23 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi "VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçıb.