adalet.az header logo
  • Bakı 18°C
23 Fevral 2018 10:37
9712
İDMAN
A- A+

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Adalet.az-ın məlumatına görə, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb.

Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması Azərbaycanın işinə yarayıb. 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Düzdür, Bolqarıstan Azərbaycana çatıb. Lakin əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.975 xalı var.