adalet.az header logo
  • Bakı 18°C
23 Fevral 2018 10:33
14687
KRİMİNAL
A- A+

İnterpol qətl törədən azərbaycanlını axtarışa verdi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1967-ci il təvəllüdlü Şahin Hüseynov Göygöl rayonunda anadan olub.

O, qətl törətməkdə təqsirləndirilir. Ş.Hüseynov barəsində hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Nəticədə məhkəmə onun tutularaq istintaqa cəlb edilməsi üçün barəsində həbs qətimkan tədbiri seçib.

Həmin qərar əsasında da İnterpol Ş.Hüseynov barəsində beynəlxalq axtarış elan edib.