adalet.az header logo
  • Bakı 18°C
23 Fevral 2018 10:24
13522
KRİMİNAL
A- A+

Şəmkirdə sərnişin gedişhaqqına görə taksi sürücüsünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndinə baş verib.

Belə ki,Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyinu deyib və maşını həmin kəndə sürdürüb.

Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünübıçaqlayıb. Çox saylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğundacinayət işi başlanılıb,araşdırma aparılır.