adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Fevral 2018 17:31
9502
GÜNDƏM
A- A+

Gömrükdən narkotik keçirmək istədi

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki,BiləsuvarGömrük İdarəsinin "Qoşa Təpə” gömrük postundaİranİslamRespublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət "metadon” adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, "metadon” adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.