adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Fevral 2018 15:58
10850
MƏMLƏKƏT
A- A+

“Keçmişdən bu günə -Gəncə” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək "Keçmişdən bu günə -Gəncə” layihəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş BDU–nun tələbəsi Şahin Şərifov tədbiri açıq elan edibyeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, adət-ənənələri aşılamaq, mədəniyyət siyasəti anlayışını təhlil etmək və Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək, Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə baş verən hadisələri, əldə olan müvəffəqiyyətləri, mövcud olan problemləri və onları necə aradan qaldırmaq barədə çıxış etmişdir.Daha sonra çıxış üçün sözü layihənin eksperti Orxan Salmanova vermişdir .Orxan Salmanov çıxışına Gəncənin keçmiş tarixindən başlayaraq, hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın , müasir dövrdə nə dərəcədə inkişaf etdiyini öyrənmək, qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək, dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod və üsullarının öyrənməyin vacibliyini vurğulayıb.

Sonda iştirakçılara söz verilib suallar təkliflər dinlənilib layihənin birinci hissəsi cofee break ilə yekunlaşıb.