adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Fevral 2018 15:37
10138
MƏMLƏKƏT
A- A+

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib

Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsindəölkənin bütün bölgələri kimi son illərdəGəncədəböyük inkişaf yoluna qədəm qoyub.

Bir-birinin ardınca həyata vəsiqəalan möhtəşəm tikililər, muzeylər, parklar, abadlaşdırılan vəgenişləndirilən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardlaəvəzlənən binalar, gecəişıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim şəhərinən yeni tarixinəatılan uğurlu imzalardır.

Şəhər fəallarının iştirakıiləkeçirilən toplantıda Gəncəşəhərİcra Hakimiyyətinin başçısıElmar Vəliyev11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq dairə və məntəqələrdə maddi-texniki bazanı möhkəmləndirmək üçünadidiyyatı şəxsləri dinləyib. Məntəqələrdə rabitə, qaz, su və kanalizasiya xətlərininyoxlanılması, məntəqələr yerləşən ərazilərin ətrafının daha da abadlaşdırılması ilə bağlı konkret tapşırıqlarını verib. Qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada ədalətli, şəffaf və dekokratik keçirilməsini təmin etmək tapşırılıb.