adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Fevral 2018 15:24
11005
İDMAN
A- A+

Arsenal azarkeşləri Mesut Özili yalançılıqda günahlandırdı

Arsenal UEFA Avropa liqasının 32-ci turunda Estersun klubu ilə cavab oyununa çıxacaq. Klubun məşqçisi Arsen Venger Mesut Özilin zədələnməsi səbəbilə oyuna çıxmayacağını deyib. Amma Arsenal azarkeşləri məşqçinin sözləri ilə razılaşmır.

Buna səbəb, Mesut Özilin İnstagram hesabında sevgilisi Amine Gülşe ilə Türkiyədəki tətillərindən bir şəkil paylaşmasıdır. Bunu görən azarkeşlər həmin şəkilin rəy bölümündə "Mesut həqiqətən də yataqdaymış”, "Mesut Özil istəmədiyi oyunlara çıxmır” deyə onu yalançılıqda günahlandırıblar.