adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2018 13:25
11174
MƏMLƏKƏT
A- A+

Sabahın hava PROQNOZU - Duman, çiskin

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Adalet.az-a verdiyi məlumatına görə, sabahBakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturununAbşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanınrayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.